İSVEÇRƏ BMT-NİN 190-CI ÜZVÜDÜR
İsveçrə Konfederasiyası BMT-yə qəbul edilərək, onun 190-cı üzvü olmuşdur. Bu barədə qərar Baş Məclisin sentyabrın 10-da Nyu-Yorkda açılmış 57-ci sessiyasında qəbul edilmişdir.
BMT-yə daxil olmaq bitərəf İsveçrə üçün tarixi əhəmiyyətli addımdır. “Soyuq müharibə” illərində bu ölkə blokların qarşıdurmasının mənfi nəticələrindən ehtiyat edərək, BMT-dən kənarda qalmağa üstünlük verirdi. Ölkə əhalisinin əksəriyyəti ənənəvi olaraq, bitərəflik prinsipinə çox sadiqdir. XX əsrin 80-ci illərinin axırlarında və 90-cı illərində dünyada baş vermiş təbəddülatlar isveçrəlilərin BMT-yə münəasibətini yaxşılığa doğru tədricən dəyişdirsə də, əhalinin xeyli hissəsində narahatlığı və inamsızlığı tamamilə aradan qaldırmamışdı. Bu il martın 3-də keçirilən referendumda isə isveçrəlilərin 54 faizi ölkənin BMT-yə daxil olmasına səs vermişdir. 1986-cı ildə analoji səsvermə zamanı vətəndaşların böyük əksəriyyəti buna “yox” demişdi.
İTAR-TASS xəbər verir ki, hesablamalara görə, BMT-yə üzvlük İsveçrəyə ildə təxminən 50 milyon dollar məbləğində əlavə xərclərə başa gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [20:03]
Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır
- 21.11.2026 [19:54]
Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub
- 21.11.2026 [19:51]
“Nvidia” bir neçə həftədə 1,4 trilyon dollar kapitallaşma itirib
- 21.11.2026 [19:15]
Nigeriya ordusu 21 İŞİD terrorçusunu məhv edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]