Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PASKAL KUŞPENƏ

Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rihafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 yanvar 2003-çü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin