İSVEÇRƏDƏ BİR MİLYON KASIB VARDIR
AZƏRTAC-ın xüsusi müxbiri İsveçrənin Karitas təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, Avropanın inkişaf etmiş ölkələrindən biri sayılan İsveçrədə əhalinin 14 faizi kasıblıq şəraitində yaşayır. 2003-cü ildə 7,4 milyon əhalisi olan ölkədə 850 min kasıb qeydə alınmışdı. Son iki ildə onların sayı artaraq bir milyona çatmışdır. Bu, İsveçrə kimi bir ölkədə də həyat səviyyəsinin getdikcə aşağı düşməsindən xəbər verir.
İqtisadiyyatın inkişafına baxmayaraq, İsveçrə əhalisinin 3,7 faizi işsizdir. Yeni il kasıb isveçrəlilərə heç də xoş həyat vəd etmir. Yüzlərlə milyonçu və milyarderin yaşadığı ölkədə yaşayış səviyyəsinin ildən-ilə aşağı düşməsi əhalinin sadə kütləsini ciddi narahat edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [12:02]
Qazaxıstan TDT ölkələri ilə rəqəmsal ticarəti genişləndirir
- 18.11.2026 [11:42]
Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb
- 18.11.2026 [11:38]