İDMAN
İsveçrədə Dünya Boks Seriyasının dördüncü mövsümünün püşkü atılacaqdır
Bakı, 29 iyun (AZƏRTAC). İyulun 2-də İsveçrənin Lozanna şəhərində Dünya Boks Seriyasının (WSB liqası) dördüncü mövsümünün püşkü atılacaqdır.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimində Azərbaycanı “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev təmsil edəcəkdir.
Bu dəfə təşkilatçılar komandaları “səpələnmişlər” və “səpələnməmişlər” qrupuna ayırmışlar. Ötən mövsümün finalçıları “Astana Arlans” və “Ukraine Otamans” ayrı-ayrı qrupda yer alacaqlar. Bundan başqa, ötən mövsümün yarımfinalçıları “Mexico Guerreros” və “İtalia Thunder” ilkin mərhələdə rəqib olmayacaqlar. Bu dəfə ki, yarışda 12 komanda mübarizə aparacaqdır.
Qeyd edək ki, ilk dəfə olaraq WSB liqasında boksçular 10 çəki dərəcəsində (49, 52, 56, 60, 64, 69, 75, 81, 91 kq və 91 kq-dan yuxarı) çıxış edəcəklər.