Azərbaycan Dövlət İnformasiya Agentliyi

İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB SİLVİO BERLUSKONİYƏ

Hörmətli cənab Sədr,

Ölkənizin cənubunda baş vermiş zəlzələnin insan tələfatı və dağıntılar ilə nəticələnməsi xəbərindən dərin kədər hissi keçirdim.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin