İtaliyada üç terrorçu həbs olunub
Roma, 25 may, AZƏRTAC
İtaliya polisi 2017-ci ildən axtarışda olan üç terrorçunu həbs edib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, həbs edilən terrorçular son illərdə bir sıra terror hücumları təşkil edən qruplaşmanın − Anarxistlərin Qeyri-rəsmi Federasiyasının (FAİ) əməkdaşları hesab edilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, həbs edilən üç şübhəli şəxs İtaliya prokurorluğuna içərisində partlayıcı qurğu olan zərflər göndərməkdə şübhəli bilinir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [14:18]
Laosun “Ruh şəhəri” – Budda parkından FOTOREPORTAJ
- 17.11.2026 [14:12]
Avrokomissiya Çexiyanı yüksək miqrasiya riski zonası kimi qiymətləndirib
- 17.11.2026 [13:25]
Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər
- 17.11.2026 [13:02]
Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam
- 17.11.2026 [13:01]