Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İtaliyalı diplomat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Antonio Zanardi Landidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Zati-aliləri, Sizə, birinci xanım Mehriban Əliyevaya və bütün xalqınıza sülh və uğurlar arzu edirəm.

Bu gün bütün dünya pandemiya səbəbindən çox mürəkkəb bir dövr yaşayır. Buna baxmayaraq, ümid edirəm ki, hazırkı böhran tezliklə sona çatacaq və biz normal həyata qayıdaraq inkişaf, firavanlıq və sülh fəaliyyətimizi davam etdirəcəyik.

Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurlu fəaliyyətini davam etdirərək bizi Sizin gözəl paytaxtınız Bakı şəhərində yenidən görüşdürəcək.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizi bir daha dərin ehtiramla təbrik edir, ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

 

Antonio Zanardi Landi,

İtaliya Respublikası Prezidentinin 2013-2015-ci illərdə baş müşaviri,

İtaliyanın 2010-2013-cü illərdə Rusiyadakı, 2004-2006-cı illərdə Serbiyadakı səfiri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin