İQTİSADİYYAT
İtaliyalı iş adamları Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlandırılıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycanin İtaliyadakı səfiri Məmməd Əhmədzadə italiyalı senator Canluka Kastaldonun dəvəti ilə onun seçildiyi Abrutso regionunun Vasto şəhərinə səfər edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində M.Əhmədzadə şəhərin meri Luçiano Antonio Lapenna ilə görüşüb, burada fəaliyyət göstərən əsas sənaye obyektlərinə baş çəkib, habelə Kieti əyalətinin Sənayeçilər Konfederasiyasının bölgənin iş adamları üçün təşkil etdiyi seminarda çıxış edib.
Çıxışında səfir Azərbaycanın iqtisadiyyatı, bu sahədə son dövrlərdə əldə edilmiş nailiyyətlər, İtaliya-Azərbaycan iqtisadi əməkdaşlığının hazırkı durumu və perspektivləri barədə məlumat verib.
Diplomat yerli KİV-ə müsahibələr verib. Azərbaycan səfirinin bölgəyə səfəri yerli KİV-də geniş işıqlandırılıb.