Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyanın “Agenzia Nova” agentliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən xüsusi reportaj hazırlayıb

İtaliyanın “Agenzia Nova” agentliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən xüsusi reportaj hazırlayıb

Bakı, 29 yanvar, AZƏRTAC

İtaliyanın “Agenzia Nova” informasiya agentliyi bu media qurumunun Azərbaycana ezam olunmuş müxbiri Valerio Palombaronun təmas xəttinə, o cümlədən Xocavənd və Cəbrayıl rayonlarına səfəri əsasında yazdığı məqalələri yayıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan: Dağlıq Qarabağdakı təmas xətti və məcburi köçkünlərin təhlükəsizliyi üçün görülən işlər” adlı məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin 25 ili ərzində rəsmi İrəvanla münaqişənin həlli istiqamətində diplomatik səylərin aparılmasına paralel olaraq, rəsmi Bakının dövlət qurumları müharibə nəticəsində öz yurdlarını tərk etmək məcburiyyətində qalmış çoxsaylı məcburi köçkünü müvafiq yaşayışla təmin etmək üzərində də iş aparır. “Agenzia Nova” informasiya agentliyi təmas xəttinə səfər etmiş, Xocavənd (sahəsi 1458 kvadratkilometr olan və yalnız 14 min hektar ərazisi Azərbaycanın nəzarətində olan Dağlıq Qarabağın rayonu) və böyük hissəsi Ermənistanın hərbi işğalı altında olan və Dağlıq Qarabağın ətraf yeddi rayonundan (Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və Cəbrayıl) biri və kiçik bir hissəsi Azərbaycanın nəzarətində olan Cəbrayıl rayonunun yerli qurumları ilə görüşmüşdür. Tez-tez “dondurulmuş” münaqişə olaraq istinad edilən Dağlıq Qarabağ münaqişəsi 2016-cı ilin aprelində “dördgünlük müharibə” kimi tanınan yeni bir gərginliyin artması riski ilə qarşılaşdı.

Bu yaxınlarda baş vermiş hərbi əməliyyatların nəticəsi olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilərlə təmas xəttinin cənubunda və İranla 2 kilometrlik məsafədə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sözügedən “dördgünlük müharibə” zamanı həlak olmuş 22 azərbaycanlı gəncin xatirəsinə ucaldılmış memorial yaradılıb. Burada dondurulmuş münaqişə ifadəsinin müəyyən mənada yanıldıcı olduğunu anlamaq mümkündür. Cocuq Mərcanlı Cəbrayıl rayonunun Azərbaycanın nəzarətinə qaytarılmış kəndidir. 2016-cı ildə Azərbaycan Ordusu Ermənistanın hücumuna cavab olaraq həyata keçirdiyi əks-hücum hərbi əməliyyatı nəticəsində 8 min hektara yaxın ərazini azad etməyə müvəffəq olub. Habelə Azərbaycan Ordusu 2018-ci ildə Naxçıvanda digər 11 min hektar ərazini nəzarəti altına qaytarmağa nail olub.

2016-cı ildə “dördgünlük müharibə” bitdikdən sonra qısa müddət ərzində yenidən bərpa olunaraq 150 ailə üçün evlərin inşa edildiyi Cocuq Mərcanlı kəndi barədə danışan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib: “Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllini istəyir, lakin danışıqların uzun sürməsindən artıq təngə gəlib”. Aprel döyüşlərində Azərbaycan Ordusu əhəmiyyətli irəliləyiş əldə edərək ərazinin bir hissəsini, xüsusilə bu ərazidə əhalinin təhlükəsizliyini təmin etmək üçün vacib bir təpənin üzərində nəzarəti bərpa etməyə müvəffəq olub. Buna baxmayaraq, kəndin təmas xəttindən yalnız 500 metr məsafədə və bu ərazidə hərbi birləşmələrin mövcud olduğunu nəzərə alsaq bəzi təhlükəsizlik problemləri vardır ki, buna görə əvvəlcədən planlaşdırıldığı kimi 428 ailənin hələ tam yerləşdirilməsi mümkün olmayıb.

“Əgər bu gün müharibə olsa, Azərbaycan hərbi baxımdan Ermənistandan daha güclüdür”, - deyə K.Həsənov əminliklə bildirib. “Yerli əhali yorulub. Danışıqlar həmişə davam edə bilməz. Hər bir halda biz diplomatiyaya ümidvar olmaqla davam edirik və öz qurumlarımıza inanırıq; digər tərəfdən, mən məcburi köçkünlərdən səbirlərinin bitmək üzrə olduğuna və artıq 25 ildən sonra konkret irəliləyişlərin təcililiyinə ehtiyacın olduğuna dair mütəmadi olaraq müraciətlər alıram”. Burada münaqişənin “yaraları” hələ də açıqdır və öz yurdlarına qayıtmaq istəyənlərin səbirləri sonsuz deyildir. Eyni vəziyyəti uzun illər öncə salınmağa başlamış məcburi köçkünlər üçün daha strukturlu qəsəbələrin olduğu Xocavənd haqqında da demək olar. “Neftdən gələn ilk gəlirlər Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün bir sıra qəsəbələrin inşasının maliyyələşdirilməsinə sərf edilib”, - deyə müvəqqəti olaraq Beyləqan rayonunda yerləşən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib.

Söhbət aparılmış insanların dediklərinə əsasən, 1992-ci ildə ermənilər Xocalıda yerli əhaliyə qarşı “soyqırımı” törədib, qəsəbənin mülki əhalisi olan hər 10 nəfərdən biri qətlə yetirilib, qadın və uşaqlar da daxil olmaqla, ümumilikdə, 613 nəfər öldürülüb. Bu rayonun Azərbaycanın nəzarəti altında olan hissəsində məcburi köçkünlər üçün 2 qəsəbə salınıb, qəsəbələr bütün lazımi xidmətlərlə təmin edilib: biri (500 ailədən ibarət bölgənin ən böyük qəsəbəsi) dövlətin maliyyə dəstəyi hesabına salınıb və 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı həyata keçirilib. Digəri isə 2002-ci ildə beynəlxalq təşkilatların dəstəyi ilə salınıb. Qəsəbənin sakinləri dövlət tərəfindən işıq və qaz ödənişlərindən azad edilib. İcra başçısı bildirib ki, bu yaz məcburi köçkünlər üçün digər qəsəbə istifadəyə veriləcək.

“Biz beynəlxalq hüququn hörmət edilməsinə zəmanət verən həll yolunu istəyirik, lakin əgər danışıqlar nəticə verməsə, biz yenidən silahlanmağa hazırıq. Hər şeyi qəbul edə bilərsən, lakin öz torpaqlarının itirilməsini yox. Bu qəsəbələrin salınması o demək deyil ki, biz burada qalmaq istəyirik. Öz ərazilərimizi nəyin bahasına olursa-olsun azad etmək niyyətindəyik”, - deyə müharibə zamanı Xocavəndin müdafiə qüvvələrinin başçısı olmuş E.Hüseynov bildirib. Hüseynov danışıqların davam etdiyi hazırkı formata tənqidi yanaşır. Onun fikrincə, Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, Rusiya, ABŞ) orada mövcud olan güclü erməni icmaları təsir göstərir. “Biz yalnız beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hörmət tələb edirik”, - deyə o vurğulayıb. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda, Ermənistanın da marağında ola bilər. Belə ki, bu münaqişə olmasa, Ermənistan Qafqaz regionunda bütün strateji infrastruktur və enerji layihələrinə cəlb edilə bilər. Bu xüsusda yerli qurumların nümayəndələri əmin edirlər ki, İrəvan “1988-ci ildən əvvəl azərbaycanlılarla sülh şəraitində yaşamış” 140 minə yaxın erməni ilə müqayisədə bu gün 50 min erməninin yaşadığı Dağlıq Qarabağ regionunun inkişafı üçün layihələr deyil, məhz “böyük Ermənistan” yaratmaq arzusundadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb