IV FƏSİL
IV. İqtisadi-statistik təsnifatlar sisteminin inkişafı
Sıra №-si | Tədbirin adı | Tədbirin məqsədi | Gözlənilən nəticələr | İcraçı təşkilatlar | İcra müddəti |
4.1. | Avropa Birliyinin İqtisadi Fəaliyyət Növləri (İFN) , Məhsul və Sənaye Məhsulları Təsnifatlarının (SMT) 2007-ci il versiyasına uyğun olaraq, İqtisadi fəaliyyət növləri, Məhsul və Sənaye məhsullarının statistik təsnifatlarının milli versiyalarının yenidən hazırlanması | İqtisadi və sosial təsnifatların 2007-ci il versiyalarında nəzərdə tutulan qlobal dəyişiklikləri nəzərə almaqla, milli təsnifatların Avropa Birliyi təsnifatlarına uyğunluğunun təmin edilməsi | Avropa Birliyi İqtisadi Fəaliyyət Növləri(İFN), Məhsul və Sənaye Məhsulları Təsnifatlarının (SMT) yeni versiyalarına uyğun olaraq, milli statistik məlumatların yeni strukturda işlənib hazırlanması, Avropa Birliyi ölkələrinin iqtisadiyyatı ilə birbaşa müqayisələr aparmaq imkanını verən göstəricilərin mövcudluğu | Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi | 2008-2009-cu illər |
4.2. | İqtisadi fəaliyyət növləri, məhsul və sənaye məhsulları təsnifatlarının 2008-ci ilədək qüvvədə olan və yeni versiyaları arasında keçid “açarlarının” (kodlaşdırma sistemi, xüsusi proqram təminatı və s.) hazırlanması və tətbiqi | İqtisadi fəaliyyət növləri, məhsul və sənaye məhsulları təsnifatlarının köhnə və yeni strukturlarında hesablanmış dinamika sıraları göstəricilərinin müqayisəliliyinin təmin edilməsi | İFN, Məhsul və SMT-in köhnə strukturunda hesablanmış əvvəlki illərin göstəricilərinin bu təsnifatların yeni strukturuna uyğun yenidən hesablanması və nəşri | Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi | 2008-2009-cu illər |
4.3. | BMT-nin geniş iqtisadi kateqoriyalar təsnifatı əsasında investisiya, aralıq və istehlak mallarının milli təsnifatının işlənib hazırlanması | Makroiqtisadi göstəricilərin beynəlxalq müqayisəliliyinin təmin edilməsi | Ölkələrarası statistik müqayisələrin aparılmasına imkan verən yeni makroiqtisadi göstəricilərin mövcudluğu | Dövlət Statistika Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi | 2010-cu il |
4.4. | Ətraf mühitin mühafizəsinə çəkilən xərclər təsnifatının yaradılması və tətbiqi | Beynəlxalq standartlara uyğun olaraq ətraf mühitin mühafizəsinə çəkilən xərclərin milli təsnifatının hazırlanması və statistika təcrübəsində tətbiqi | Yeni təsnifatın strukturuna uyğun olaraq, ətraf mühitin mühafizəsinə çəkilən xərclərə dair məlumatların Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilməsi | Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 2011-ci il |
4.5. | Faydalı qazıntılar və yeraltı suların milli təsnifatının hazırlanması | Faydalı qazıntılar və yeraltı sulara dair ətraf mühit statistikasının təkmilləşdirilməsi | Beynəlxalq təsnifləşdirməyə uyğun olaraq faydalı qazıntı və yeraltı suların təsnifləşdirilməsinə imkan verən milli təsnifatın mövcudluğu | Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi | 2009-cu il |
4.6. | Avropa Birliyinin məşğulluq təsnifatının 2007-ci il versiyasına uyğun olaraq, məşğulluq təsnifatının yeni milli versiyasının hazırlanması | BMT-nin məşğulluq təsnifatında 2007-ci il versiyasında nəzərdə tutulan qlobal dəyişiklikləri nəzərə almaqla, milli təsnifatların Avropa Birliyi təsnifatlarına uyğunluğunun təmin edilməsi | Əmək statistikası sahəsində məlumatların Avropa Birliyi ölkələrinin məlumatları ilə birbaşa müqayisə etmək imkanını verən göstəricilərin mövcudluğu | Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2010-cu il |
4.7. | Bələdiyyələrin statistik ərazi təsnifatının hazırlanması | Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üzərində rəsmi statistika müşahidəsinin təkmilləşdirilməsi | Bələdiyyələr haqqında daha ətraflı statistik məlumatların mövcudluğu, nəşri və yayımlanması | Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları | 2009-cu il |
4.8. | Makroiqtisadi hadisə və proseslərin monitorinqinin təşkili və keçirilməsi | Ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsi, təhlili və proqnozlaşdırılmasının təkmilləşdirilməsi | Sosial-iqtisadi hadisə və proseslərin təhlili, qiymətləndirilməsi və proqnozuna dair vahid sistemin mövcudluğu | İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi | 2012-ci il |
4.9. | İKT məhsulları və xidmətləri üzrə milli təsnifatların hazırlanması | İKT statistikasının təkmilləşdirilməsi | Yeni təsnifatın strukturuna uyğun olaraq, İKT üzrə məlumatların mövcudluğu | Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | 2010-2011-ci illər |