IV Sumqayıt Kitab Sərgisi keçiriləcək

Bakı, 21 may, AZƏRTAC
Mayın 27-28-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetinin inzibati binasında keçiriləcək.
Sərgidə SDU tələbələri ilə yanaşı, Sumqayıt sakinlərinin də iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.
Sərginin ilk günü Milli Mətbuatın yaranmasının 150 illiyinə, ikinci günü isə Müstəqillik Gününə həsr ediləcək.
Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 faizədək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil olunacaq.
Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqramlar keçiriləcək.
İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucular üçün açıq olacaq.
Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.
Giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2025 [15:15]
İnçon şəhərindəki Beqhak ibtidai məktəbində “Azərbaycan günü” keçirilib
- 20.06.2025 [15:00]
AZƏRTAC-ın Uşaq Bilik Portalı milli cizgi filmlərinin yayımına başlayıb
- 20.06.2025 [14:16]
“Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 20.06.2025 [10:12]
Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür
- 19.06.2025 [22:41]