İDMAN
IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku yarışlarında Azərbaycanı təmsil edəcək ağır atletlər müəyyənləşmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, dekabrın 5-8-də ağır atletika üzrə IWF Qran-Prix - II Beynəlxalq Bakı Kuboku yarışları keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarışda 23 ölkədən atletlər birincilik uğrunda mübarizə aparacaqlar. Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək yarışda 62 və 69 kiloqram çəki dərəcələrində kişilər, 53 və 58 kiloqram çəki dərəcələrində isə qadınlar qüvvələrini sınayacaqlar. İştirakçı ölkələr hər çəki dərəcəsində bir atletlə, Azərbaycan isə ev sahibi olduğu üçün hər çəki dərəcəsində 2 atletlə təmsil olunacaqdır.
Turnirdə ölkəmizi Valentin Xristov, Yuri Dudoglo (hər ikisi 62 kq), Firudin Quliyev, Zülfüqar Süleymanov (hər ikisi 69 kq), Yuliya Derkaç, Silviya Angelova (hər ikisi 53 kq), Kristina Yovu və Mərziyyə Məhərrəmova (58 kq) təmsil edəcəklər.