Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

İYULUN 13-Ü – BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN RƏSMİ AÇILIŞI HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ, ÜÇ DƏNİZ ƏFSANƏSİNİN REALLIĞA ÇEVRİLDİYİ GÜNDÜR
HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

İYULUN 13-Ü – BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN RƏSMİ AÇILIŞI HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ, ÜÇ DƏNİZ ƏFSANƏSİNİN REALLIĞA ÇEVRİLDİYİ GÜNDÜR HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli Prezident Əhməd Necdət Sezər!

Hörmətli Prezident Mixail Saakaşvili!

Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan!

Xanımlar və cənablar, əziz dostlar!

Bu gün tarixi bir gündür. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verilir və bu tarixi günü biz birlikdə Ceyhan terminalında qeyd edirik. Bu gün mərasimin əvvəlində nümayiş etdirilən qısa filmdə tarixi anlar bir daha xatırlandı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının görüntülərini bu gün bir daha gördük. Həqiqətən, bütün bu işlər, nəhəng layihələr məhz 1994-cü ildə başlanmışdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün məqsədlərə çatdırdı. “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi nəticəsində hasil olunan Azərbaycan nefti bu gün dünya bazarlarına müxtəlif yollarla ixrac edilir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytardı. Bu gün Azərbaycan bu imkanlardan səmərəli istifadə edərək, öz iqtisadi potensialını gücləndirir. Azərbaycanda gedən iqtisadi inkişaf artıq hamımız tərəfindən görünür. Keçən il iqtisadiyyat 26 faiz, bu ilin 5 ayında təxminən 40 faiz artmışdır. Bütün bu nəticələrin təməli məhz 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulmuşdur.

O vaxt Azərbaycan çox çətin, ağır durumda idi. Müstəqilliyi yenicə əldə etmiş ölkə iqtisadi böhran içərisində yaşayırdı. O cümlədən, siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkədə sabitlik hələ tam bərqərar olunmamışdı. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı və o şəraitdə xarici sərmayəni Azərbaycana cəlb etmək, investorları inandırmaq ki, Azərbaycanda onların sərmayəsi batmayacaq, əksinə, əlavə sərmayə, əlavə gəlirlər gətirəcək - bu, əlbəttə ki, çox böyük siyasi bacarıq, müdriklik, uzaqgörənlik tələb edirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün biz bu gözəl anları yaşayırıq. Nəzərə alsaq ki, həm ölkə daxilində, həm də bölgədə və bütövlükdə, müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəmərinə inam o qədər böyük deyildi, onda görərik ki, bu işin həyata keçirilməsi nə qədər böyük çətinliklərlə müşayiət olunurdu. İnanmayan var idi, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısının alınmasına çalışanlar var idi, problemlər, maneə törədənlər var idi. Ancaq xalqımızın iradəsi, Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərliyinin iradəsi, bizim birgə fəaliyyətimiz bu əfsanəni gerçəkliyə çevirdi.

Azərbaycanda son 12 il ərzində təkcə neft-qaz sənayesinə 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Bu gün Azərbaycan neftini dünya bazarlarına çıxaran 3 ixrac neft kəməri var. Onların ən böyüyü Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu illər ərzində Azərbaycanın neft infrastrukturu yeniləşdi, müasirləşdi. Azərbaycanda yeni, peşəkar mütəxəssislər yetişdi, fəhlələr yetişdi. Bizim birgə fəaliyyətimiz nəticəsində, xarici şirkətlərlə birlikdə gördüyümüz işlər nəticəsində bu sahəyə də böyük diqqət verildi. Bu imkandan, bugünkü fürsətdən istifadə edib, xüsusilə, xarici şirkətlərin fəaliyyətini vurğulamaq istəyirəm. bp şirkətinin rəhbərliyi ilə Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən beynəlxalq konsorsiumun işini yüksək qiymətləndirirəm. bp şirkəti eyni zamanda, Bakı-Tbilisi-Ceyhan layihəsində aparıcı rol oynayır və bu şirkətin Azərbaycana verdiyi töhfələri biz çox yüksək qiymətləndirir və bunları təqdir edirik. Bu, bizə imkan verdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, neft amilindən məharətlə istifadə etsin.

Biz neft tarixini yaxşı bilirik. Müxtəlif ölkələrin təcrübəsini də öyrənmişik. Əfsuslar olsun ki, bəzi hallarda neft ölkəyə, xalqlara rifah deyil, çətinliklər gətirir, sosial ədalətsizlik, problemlər, gərginlik gətirir. Biz isə istəyirik ki, neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın. Əlbəttə ki, bütün görülən işlər bu məqsədi güdür və Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərən Dövlət Neft Fondunun işi bunun bariz nümunəsidir.

Bu gün mən xüsusilə Amerika Birləşmiş Ştatlarının bu məsələ ilə bağlı olan fəaliyyətini vurğulamaq istəyirəm. Biz Amerikanın dəstəyini bütün dövrlərdə hiss etmişik, ona arxalanmışıq və o dəstək bəzi məqamlarda həlledici rol oynamışdır. Həm “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində və həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında Amerika hökumətinin dəstəyi çox önəmli olmuşdur. Biz bunu çox yüksək qiymətləndiririk və buna görə Amerika hökumətinə minnətdarıq.

Bu işin ərsəyə gəlməsində beynəlxalq əməkdaşlıq yarandı: üç ölkə - Türkiyə, Gürcüstan, Azərbaycan, xarici neft şirkətləri, xarici maliyyə qurumları, yerli mütəxəssislər, neftçilər, fəhlələr, hüquqşünaslar. Bu işlərdə əməyi olan bütün insanlara mən Azərbaycan dövləti adından öz dərin minnətdarlığımı bildirirəm.

Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha da inamla inteqrasiya edəcəkdir.

Baxın, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması bölgədə gedən proseslərə nə qədər böyük təkan verdi. Bunun ardınca biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarına çox yaxınıq. Bu layihə bir növ, Bakı-Tbilisi-Ceyhanın kölgəsində idi. Ancaq bu gün hamı görür ki, onun nə qədər böyük strateji əhəmiyyəti var. Nəzərə alsaq ki, xüsusilə indi dünyada və Avropada enerji təhlükəsizliyi məsələləri çox önəm daşıyır, onda görərik ki, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə gətirilməsinin çox böyük strateji əhəmiyyəti var.

Artıq biz yeni dövrə qədəm qoyuruq. Bəlkə də, bir neçə il bundan əvvəl zənn edirdik ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tamamlanması ilə bizim əsas işlərimiz bitmiş olacaqdır. Amma həyat yerində durmur. Bakı-Tbilisi-Ceyhan kəmərinin tamamlanması, sadəcə olaraq, bizim işimizin yeni mərhələsinin başlanması deməkdir. Bundan sonra Qazaxıstan nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılacaqdır. Qaz ehtiyatları ilə zəngin olan Azərbaycan “Şahdəniz” qaz yatağından çıxarılan qazı Avropaya göndərəcəkdir. Digər önəmli layihələr, Bakı-Tbilisi-Ceyhanın ardınca gələn layihələr məhz Bakı-Tbilisi-Ceyhanın fəaliyyətə başlaması nəticəsində yaranır.

Bu, iqtisadi layihə deyil, sadəcə olaraq, texniki layihə deyil, halbuki, texniki cəhətdən, iqtisadi cəhətdən və siyasi cəhətdən bunun meydana gəlməsi çox böyük çətinliklərlə müşahidə olunurdu. Bakı-Tbilisi-Ceyhanın daha geniş mənası var. Artıq bu layihə regional çərçivədən çıxıb qlobal müstəviyə keçmişdir. Layihənin bu gün də dünya üçün böyük əhəmiyyəti var və gələcəkdə daha da artacaqdır. Belə olan halda, Azərbaycanın, Gürcüstanın, Türkiyənin də önəmi artacaqdır. Bu dəhlizdən istifadə edib başqa ölkələr də faydalana bilərlər. Belə olan halda, Azərbaycan həm neft-qaz hasil edən ölkə kimi, eyni zamanda, tranzit ölkə kimi bizim dostlarımızla bərabər fəaliyyətə başlayacaqdır. Yəni inanılmaz dərəcədə gözəl imkanlar açılır. Bütün bu imkanları möhkəmləndirmək, onlardan istifadə etmək üçün bölgədə təhlükəsizlik tədbirləri güclənməlidir. Mən əminəm ki, bu işdə Bakı-Tbilisi-Ceyhanın əhəmiyyəti daha da artacaqdır. Təhlükəsizlik tədbirləri, regional əməkdaşlıq, sülhün bərqərar olunması - bütün bunlar bölgə üçün lazımdır. Bölgənin inkişafı bundan sonra tam başqa formalarla zənginləşəcəkdir. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regional müstəvidə müttəfiq ölkələrdir. Bizim müttəfiqliyimiz artıq həyatda öz əksini tapıbdır. Bizim müttəfiqliyimiz bölgəyə təhlükəsizlik, sabitlik gətirir. Biz bunu istəyirik, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. İstəyirik ki, xalqlarımız rifah içərisində yaşasınlar, problemlər öz həllini tapsın və ölkələrimiz möhkəmlənsin. Hər üç ölkə bu layihənin həyata keçirilməsindən böyük faydalar götürəcəkdir. Bəlkə də, bu gün onların hamısını təsəvvür etmək mümkün deyildir. Amma vaxt keçdikcə, həyat keçdikcə biz bunların bariz nümunələrini açıq görəcəyik.

Qarşıda yeni məsələlər var, yeni layihələr var. Qars-Tbilisi-Bakı dəmir yolunun yaranması məsələsi artıq gündəlikdədir və biz bunun üzərində çox ciddi işləyirik. Bütövlükdə, qədim İpək Yolunun bərpası işində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çox böyük əhəmiyyəti var. Bir sözlə, bu layihə artıq qlobal xarakter daşıyır və üç ölkənin səmərəli işbirliyi, əməkdaşlığı bunu mümkün etmişdir.

Mən bu fürsətdən istifadə edib bir daha demək istəyirəm ki, bizim həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli münasibətlərimiz ən yüksək zirvədədir. Bu münasibətlər qardaşlıq xarakteri daşıyır, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, belə nəhəng layihələrin həyata keçirilməsinə imkan yaradır. Çünki bu gün Azərbaycanda icra olunan layihələr dünyanın ən böyük enerji layihələridir. Dünyanın gələcəyi isə enerji mənbələri ilə bağlı olacaqdır. Artıq bunu hamı bilir və hamı görür ki, enerji təhlükəsizliyi ölkənin ümumi təhlükəsizliyinə çox böyük töhfə verir. Enerji müstəqilliyi ölkənin müstəqilliyini möhkəmləndirir.

Gürcüstan və Azərbaycan gənc müstəqil dövlətlərdir. Biz yalnız 15 il bundan əvvəl müstəqilliyimizi bərpa etmişik və bizim üçün müstəqillik ən yüksək, ən böyük nemətdir, ən böyük sərvətdir. Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq, xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Ona görə Bakı-Tbilisi-Ceyhan layihəsinin çox geniş aspektləri var. Bu gün bunların hamısını sadalamaq çox vaxt aparar. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir.

Bu gün mən çox xoşbəxtəm ki, buradayam. Ceyhan terminalına da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Bu, təsadüfi deyildir. Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur. Mən bu gün çox təəssüf edirəm ki, o, bu günləri görmədi. Allah ona bunu nəsib etmədi. Amma inanıram ki, onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər onun ruhu bu gün şaddır. Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir.

Əziz dostlar, bu gözəl, tarixi hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, qardaş türk, gürcü və doğma Azərbaycan xalqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib