İQTİSADİYYAT
İyun ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunmuşdur
Bakı, 5 iyul (AZƏRTAC). Cari ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 544 min 149 ton Azərbaycan nefti nəql olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin yanvar-iyun aylarında bu kəmərlə 15 milyon 180 min 756 ton neft ötürülmüşdür.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyul ayının 1-dək BTC-yə 220 milyon 632 min 390 ton neft vurulmuşdur.
Bundan əlavə, cari ilin iyununda BTC kəməri ilə 270 min 350 ton Türkmənistan nefti nəql olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]