İzmirdə meşə yanğınları yenidən alovlanıb, bəzi sakinlər təxliyə edilib
İstanbul, 3 iyul, Günel Karatepe, AZƏRTAC
Artıq bir neçə gündür Türkiyə meşə yanğınları ilə mübarizə aparır. Ölkənin İzmir vilayətinin Menderes və Seferihisar rayonlarında baş vermiş yanğınlardan sonra bu dəfə də istirahət bölgəsi olan Çeşmə rayonundan alovlar yüksəlib.
AZƏRTAC xəbər verir ki, bölgədə çox güclü küləyin əsdiyi və təsirini gün ərzində davam etdirəcəyi bildirilir.
Hazırda yanğının təhlükə yaratdığı bəzi evlərin sakinləri təxliyə edilib. Söndürmə işləri qurudan və havadan davam etdirilir.
Çeşmə rayonunda təsirli olan yanğının söndürülməsinə 2 təyyarə, 6 helikopter və çox sayda texnika cəlb olunub.
Qeyd edək ki, mütəxəssislər ölkədə baş verən yanğınları havaların mövsüm normasından yüksək olması və əhalinin ehtiyatsızlığı ilə əlaqələndirirlər. Hidrometeoroloqlar isə bu həftəsonu Türkiyə ərazisində havanın temperaturunun daha da yüksələcəyini proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]