Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“İZVESTIYA” QƏZETININ 27 NOYABR TARIXLI NÖMRƏSINDƏ AZƏRBAYCANA HƏSR OLUNMUŞ TEMATIK ƏLAVƏ VERILMIŞDIR. AZƏRTAC HƏMIN MATERIALI OXUCULARA TƏQDIM EDIR.
İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ
YENİ PREZİDENTİN PROQRAMI
NAZIRLƏRIN VƏ DIGƏR MƏMURLARIN TALEYI ONLARIN IŞLƏMƏK BACARIĞINDAN ASILI OLACAQ

Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkilərindən sonra respublika hökumətinin ilk iclasını öz sədrliyi ilə keçirmək qərarına gəlmişdir. İclasda dövlət başçısının İcra Aparatının, Nazirlər Kabinetinin məsul işçiləri, respublika nazirliklərinin, komitələrinin, şirkətlərinin, səhmdar cəmiyyətlərinin, konsernlərinin, birliklərinin və baş idarələrinin rəhbərləri iştirak edirdilər. Prezident öz nitqində eyhamla bildirdi ki, yüksək vəzifəli dövlət qulluqçularının ölkə qarşısındakı əvvəlki xidmətlərinə hörmət edəcək, lakin tənbəlliyə və təşəbbüssüzlüyə dözməyəcəkdir.

Prezident respublika qarşısında duran bir çox problemlərdən və vəzifələrdən danışdı. Onun bəzi əsas fikirləri bunlardır.

İqtisadiyyatda vəziyyət haqqında

İqtisadiyyat uğurla və hərtərəfli inkişaf edir. Son on il ərzində aparılan islahatlar nəticəsində əldə olunan bütün əsas göstəricilər belə deməyə əsas verir ki, Azərbaycan dinamik şəkildə inkişaf edən ölkədir.

ÜDM haqqında

İqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 1998-2003-cü illərdə 60 faiz artmışdır. Ölkəyə böyük həcmdə kapital qoyuluşu təmin olunmuş, sərmayələr cəlb edilmişdir. Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə nəinki MDB ölkələri arasında qabaqcıl yerdədir, eyni zamanda, bu sahədə Şərqi Avropa məkanında da liderliyi əldə edibdir.

Sosial siyasət haqqında

Azərbaycan vətəndaşları daha yaxşı yaşamalıdırlar və bununla bağlı gələcək üçün də tədbirlər planı var və həyata keçiriləcəkdir.

Qaçqınlar haqqında

Bir daha bəyan edirəm: Azərbaycanda heç bir çadır şəhərciyi qalmayacaq, bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzində yeni, müasir standartlara cavab verən evlər tikiləcək, qəsəbələr salınacaqdır.

Yoxsulluğun aradan qaldırılması haqqında

Yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməlidir. Biz bu istiqamətdə işləyirik. Dünya Bankı ilə birlikdə tədbirlər həyata keçirilir. Əminəm ki, biz buna nail olacağıq.

İşsizlik haqqında

Azərbaycan üçün ən böyük problem işsizlikdir. Bizim məqsədimiz odur ki, növbəti beş ildə Azərbaycanda 600 min iş yeri açılsın.

Sahibkarlıq haqqında

Sahibkarlığa kömək davam etdirilməlidir. Bu, bizim strateji məqsədimizdir. Sevindirici haldır ki, Azərbaycanın ümumi daxili məhsulunun böyük hissəsi özəl sektorun hesabına formalaşır.

Regional inkişaf haqqında

Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün regional planlar həyata keçirilməlidir. Azərbaycanın iqtisadi potensialının üçdə iki hissəsi Bakıda və Abşeron yarımadasında formalaşmışdır. Bu, onu göstərir ki, regionlarda iqtisadi inkişaf ləng gedir. Bu istiqamətdə dönüş yaratmaq üçün regional proqramlara böyük diqqət göstərilməlidir.

Neft gəlirləri və iqtisadiyyatın

inkişaf perspektivləri haqqında

2005-ci ildə Bakı–Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən sonra Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edəcəkdir. Qaz hasilatı da artacaqdır. Bakı-Tbilisi–Ceyhan kəməri istifadəyə veriləndən sonra, Azərbaycanda neft hasilatı ildə 50 milyon ton təşkil edəndən sonra əldə olunan faiz və gəlirlərin hesabına Azərbaycan hərtərəfli inkişaf edəcəkdir. Amma biz buna indidən hazır olmalıyıq. İki-üç ildən sonra daxil olacaq böyük məbləğdə vəsait gərək səmərəli şəkildə xərclənsin. Ona görə də müxtəlif sosial-iqtisadi proqramlar indidən hazırlanmalıdır.

Dövlət qulluqçularının məsuliyyəti haqqında

Hər bir nazir, hər bir komitə rəhbəri öz sahəsinə aid olan problemləri, zəif yerləri də yaxşı bilir və əldə olunan bütün uğurlarla yanaşı, ilk növbədə, diqqəti məhz bu problem məsələlərə yönəltməlidir.

Hökumətin işi haqqında

Mən bildirmişdim ki, Nazirlər Kabinetinin bu tərkibi ilə işləmək istəyirəm. Ancaq eyni zamanda, bildirmək istəyirəm ki, hər bir rəhbərin gələcək fəaliyyəti onun işinin nəticələrindən asılı olacaqdır.

İnsanlara diqqət haqqında

Hamı insanlara böyük diqqətlə yanaşmalıdır. Biz Azərbaycan xalqı üçün işləyirik. O, bizə etimad göstərib və biz də bu etimadı doğrultmalıyıq.

YENİ SEÇİLMİŞ PREZİDENT VƏ ONUN KOMANDASI QARŞISINDA HANSI PROBLEMLƏR DURUR AZADLIQ VƏ MƏSULİYYƏT Azərbaycanın indiki Prezidenti İlham Əliyev yaxın bir-iki ildə ölkənin daxili siyasi həyatında heç də sadə olmayan problemləri həll etməli olacaqdır. Onun qarşısında müxtəlif səpkili vəzifələr durur. Lakin ən başlıcası ondan ibarətdir ki, respublika bu gün bir çox problemləri həll etmək üçün iqtisadi baxımdan yetişmişdir. Bu problemlər necə həll olunacaq? Məsələ bundadır. Qayaz ALİMOV Etiraf etmək lazımdır ki, əvvəlki Prezident Heydər Əliyev gənc ölkə üçün o qədər iş görmüş və onu o qədər möhkəmlətmişdir ki, onun siyasi irsini israf etmək bir o qədər də asan deyildir. Lakin problem başqa şeydədir: iqtisadiyyatda əldə edilmiş nailiyyətlər azərbaycanlıların bir çoxunun başını gicəlləndirir. Əslində, bu gün ölkə onun potensialını necə artırmaq kimi olduqca çətin problemlə üzləşmişdir. Pulu necə xərcləməyi hamı bilir. Lakin qəpiyin üstünə iki qəpik gətirməyi heç də hamı bacarmır. Ticarət kapitalı buna aid deyildir. Buradan da dövlətin cəmiyyət qarşısında xüsusi məsuliyyəti yaranır. İqtisadiyyatın çoxcəhətliliyi strateji vəzifədir. Neft borusuna ümid bağlamaq ölkənin gələcəyi üçün təhlükəlidir. Neft məqsəd yox, bütövlükdə iqtisadiyyatı dirçəltmək üçün pul qazanmağın üsullarından biridir. Sovet dövrünün neft romantikası keçmişdə qalmalıdır. Neft iş deməkdir. Mahnıları isə tarix üçün saxlamaq lazımdır. Süst ticarət- vasitəçilik iqtisadiyyatı dünya bazarında yox, Şərq bazarında yaxşıdır. Bu postsovet reallıqları artıq “tərəqqi və firavanlıq vitrini” ola bilməz. Deməli, iqtisadiyyatın müxtəlif sektorlarının inkişafını təşviq etmək artıq ölkənin strateji inkişafı məsələsidir. Siyasət məsələsidir. Kadr siyasəti. Yeni Prezident qarşısında müstəqillik və islahatlar dövründə yetişmiş savadlı və çalışqan kadr potensialından necə istifadə etmək kimi çox çətin vəzifə durur. Bu, güclü nəsildir. Respublika nazirliklərində çox sayda diqqətəlayiq mütəxəssis vardır. Sovet təbirincə desək, onlara həyata vəsiqəni Heydər Əliyev vermişdir. Onlar inkişaf etməlidir. Onlar öz dövlətlərinə xidmət etmək istəyirlər. Əks təqdirdə, Azərbaycanı kadrların tükənməsi təhlükəsi gözləyir. Tarix sübut edir ki, dövlətin zəifləməsi məhz bundan başlayır. “Ağıllı başlar” problemi zamanın tələbidir. Bu problemi həll etmək lazımdır. Bu, siyasət məsələsidir. Regional siyasət. Bu siyasət cəmiyyətin inkişafının indiki vəziyyəti üçün ağıllı qurulmuşdur. Lakin paradoks ondadır ki, rayonların bacarıqlı rəhbərlərinin yanında menecerlər komandası yoxdur. Kadrları sınaqdan çıxarmaq üçün bura əlverişli yerdir. Azərbaycan regionların vasitəsilə dinamik inkişaf etməlidir. Prezident və xalq. Azərbaycan bir ailəni xatırladan ölkədir. Burada hamı bir-birini tanıyır. Heydər Əliyev ölkə Prezidenti olduqdan sonra bilərəkdən, heç nəyə baxmayaraq, özü ilə xalq arasındakı məsafəni qısaltdı. O, daxilən hiss edirdi ki, küçəyə çıxıb, bir fincan qəhvə içməyi fotoxronika üçün, xalq arasında görünmək üçün etmir. Bu, bazar günü ürəyi istədiyini etmək onun təbii arzusu idi. Lakin bu, çoxlarının xoşuna gəlmirdi. Xalqın isə xoşuna gəlirdi. Bəziləri bunu ucuz populizm adlandırırdı. Nahaq yerə. Bu müdrik insan hamıya hiss etdirirdi ki, qorxmayın, biz sakit yaşaya bilərik. Prezidentlə insanlar arasında aparat kimi vasitəçi olmamalıdır. Prezidentlik formulu. Heydər Əliyev xətti - “İnkişaf naminə sabitlik” xətti dövrün sınaqlarından keçmişdir. Bu siyasət ölkəyə ümidi qaytardı və inkişaf üçün şərait yaratdı. Ölkə siyasəti dəyişməyəcəkdir. Lakin yaranmış şərait yeni yanaşmalar tələb edəcəkdir. Buna görə də yeni Prezidentin dövlətin işlərini idarə edən məmurların düşüncəsində “psixoloji dönüş” problemi ilə üzləşəcəyinə hazır olmaq lazımdır. Onlar yeni şəraitdə sərbəst fəaliyyətə və məsuliyyətə vərdiş etməlidirlər. Prezident və müxalifət. Tənqid kimi Heydər Əliyev müxalifəti nəzərdə tuturdu, lakin, əslində, onunla hesablaşmırdı. Müxalifət buna layiq idi. Prezident onlarla görüşməyə səbəb görmürdü. Çünki müxalifət artıq ölkənin problemləri ilə məşqul olmur, bütün gücünü dövlət başçısını söyməyə yönəldirdi. Müxalifət yaddan çıxarır ki, o da ölkə qarşısında məsuliyyət daşıyır. Azərbaycan hökumətinin bu gün məhz belə müxalifəti vardır. Yeni Prezident müxalifətlə dialoqa girməli, görüşməli və ünsiyyətdə olmalıdır. Bir-birini tənqid etməlidirlər. Xalq qarşısında məsuliyyətli siyasət də bundan ibarət olacaqdır. Prezident və ətrafı. Deyirlər ki, İlham Əliyev çox səmimi insandır. Bu, həqiqətən, belədir. O, öz əməkdaşlarına etibar edir. Lakin yadda saxlamaq lazımdır ki, o, atasının oğludur, amma artıq başqa dövrün adamıdır. O, atasının fəaliyyəti ilə bağlı hər şeyə hörmət edəcəkdir. Satqınlığı o da bağışlamayacaqdır. Onu tanıyan adamlar deyirlər ki, bəli, təvazökar adamdır, mehribandır. Dostları ilə axıracan dostdur. Ancaq düşmənləri ilə səbrlə zarafat edə bilər, lakin onunla zarafat keçməz.

İQTİSADİYYAT: YARDIM VƏ TƏŞVİQ

Azərbaycan liberal iqtisadi islahatlar xəttini qətiyyətlə davam etdirəcək. Ölkənin xətti dəyişmir, üstəlik, inkişafı ləngidən amillər ardıcıl surətdə, aramla, səmərəli şəkildə aradan qaldırılacaqdır.

Prezident hökumət qarşısında çox vəzifələr qoymuşdur. Bu vəzifələr müxtəlif vaxtlarda həll oluna bilər. Qarşıda qısamüddətli və uzunmüddətli vəzifələr durur. Lakin onların hamısı öncül xarakter daşıyır.

Ölkə iqtisadiyyatının əsas sahələrinin inkişafı. Qeyri-neft sektorunun gücləndirilməsi. Yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin açılması.

Sərmayə mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli. Maliyyə-kredit sisteminin və infrastrukturun təkmilləşdirilməsi.

Regionların sosial-iqtisadi inkişafı, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin müasir tələblərə uyğunlaşdırılması.

Azərbaycan parlamenti uzun çəkməyən müzakirələrdən sonra ölkənin 2004-cü il üçün büdcəsini təsdiq etmişdir. Gələn il xəzinənin gəlirləri 6957 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ildəkindən 14,2 faiz çoxdur.

Əvvəllər olduğu kimi, əsas gəlir mənbəyi vergi daxilolmaları təşkil edəcəkdir. Məsələn, büdcəyə daxil olan bütün vəsaitin 66,6 faizi Vergilər Nazirliyinin payına düşəcəkdir. İndiki illə müqayisədə vergi işçiləri daxilolmaların həcmini 573 milyard manat artırmalıdırlar.

Büdcəyə Dövlət Gömrük Komitəsi xətti ilə də xeyli töhfə verilməsi nəzərdə tutulmuşdur. Gömrükçülərin qarşısında vergi və rüsum toplanmasını 100 milyard manat artırmaq və büdcədə paylarının ümumi həcmini 1120 milyard manata çatdırmaq vəzifəsi qoyulmuşdur.

Bir ənənə olaraq, ölkə parlamentinin müzakirə etdiyi büdcə paketinə Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər üzrə təkliflər paketi daxil edilmişdir.

Gəlirdən vergi tutulması mexanizmi dəyişikliyə uğrayacaqdır. Bundan sonra vergi tutulmayan aylıq gəlirin məbləği bir dəfə yarım artacaq və 150 min manat təşkil edəcəkdir. Vergi tutulmasında üçpilləli cədvəldən ikipilləli cədvələ keçilməsi də nəzərdə tutulmuşdur. 2004-cü il yanvarın 1-dən etibarən 3 milyon manatadək gəlirlərdən 14 faiz, 3 milyon manatdan yuxarı gəlirlərdən isə 35 faiz vergi tutulacaqdır.

Vergi Məcəlləsinə, ümumən, 130-dan artıq dəyişiklik və əlavələr ediləcəkdir.

İqtisadi məsələlərə dair əsas qərarları artıq ilin əvvəlində gözləmək olar. Prezidentin bir neçə fərmanı artıq hazırlanır.

Arayış üçün. Azərbaycan manatının dollara nisbətdə məzənnəsi orta hesabla 4950 manatdır.

Oljas SÜLEYMENOV:

MƏN DÜNYAYA AÇIQ OLAN İNSANLARA SƏS VERİRƏM

Azərbaycan mənim üçün həmişə maraqlı olubdur. Azərbaycan müxtəlif mədəni sivilizasiyaların və ənənələrin taleyi ilə ecazkarcasına çulğaşmış ölkədir. Bizi - qazaxları və azərbaycanlıları bir-birimizə çox tellər bağlayır. Bu tellər heç də təkcə ümumi türk kökləri deyildir. Bu tellər heç də təkcə yaxın sovet keçmişimiz deyildir. Bizi həm də XXI əsrin neft ulduzu - bir çox nüfuzlu dövlətlərin mənafelərinin mərkəzi olan Xəzər birləşdirir.

Biz, qazaxlar Xəzərin bir sahilindəyik, qardaşlarımız olan azərbaycanlılar isə digər sahilindədirlər. Amma bu o demək deyil ki, biz müxtəlif sahillərdəyik. Biz çox böyük və maraqlı, kökləri tarixin qədim dövrlərinə gedib çıxan və gələcəyə istiqamətlənmiş türk dünyasının bir hissəsiyik. Bəşəriyyətin inkişafının müasir meylləri şəraitində biz bir-birimizə daha da yaxınlaşırıq. Keçmişlərə nisbətən indi bir-birimizlə daha çox qarşılıqlı asılılığımız var.

Öz torpağımızın ənənələri və Avropanın azadlıq və demokratiya idealları ölkələrimizdə müasir cəmiyyət quruculuğunun dayaq sütununa çevrilir. Bəziləri bu fikirdədir ki, “demokratikləşmənin sürəti” hələlik yetərli deyildir. Lakin vətəndaşların “vintciklərə” çevrildikləri “sənayeləşdirmənin sürəti” hələ yaxşı yadımızdadır. Sürətli inkişafın günahsız qurbanları çox məzarlarda uyuyur.

Demokratik proseslərin sürətləndirilməsi çox tələfat və itkilərə səbəb ola bilər. Buna isə yol vermək olmaz.

Mən Azərbaycanı çoxdan sevmişəm. Bu ölkəni 1970-ci illərdə, 80-ci illərin əvvəllərində çiçəklənən, şairanə coşğunluq içində olan bir məmləkət kimi görmüşdüm. Nizaminin, Füzulinin yubileyləri, sovet ədəbiyyatı günləri. Bütün bu tədbirlər yayda olurdu, ona görə də bu torpaq təravətli yaşıllıqları, al-əlvan gül-çiçəkləri, fəvvarələrin şirin zümzüməsi, qırmızı şampan şərabı, sifətləri gündən qaralmış, mehriban təbəssümlü insanları ilə yadda qalırdı.

Bakıda qışı yalnız bircə dəfə görmüşəm. 1990-cı ilin qara yanvarında. Tanklar avtomobilləri insanlarla birlikdə xıncım-xıncım etmişdi...

İttifaqın süqutundan sonra Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. Odlu-alovlu vətənpərvərlər olsalar da, siyasətçi deyildilər. Onlar faciəli-fəlakətli səhvlər buraxır və bu səhvlərdən də dərs alırdılar, bu dərs ölkə üçün əbəs yerə böyük tələfatlarla və ərazinin xeyli hissəsinin itirilməsi ilə nəticələnirdi. O müharibəni xalq yox, məhz siyasi rəhbərlik uduzdu.

Mən əminəm, əgər 80-ci illərin axırlarında Heydər Əliyev Moskvadan Bakıya öz yerinə qayıtsaydı, nə Dağlıq Qarabağ münaqişə alovlarına bürünərdi, nə də o vaxtlar baş vermiş digər müsibətlər olardı.

Əgər 1993-cü ildə xalq yetmiş yaşlı Heydər Əliyevi prezidentliyə çağırmasaydı, Azərbaycan öz dövlətçiliyini, ümumiyyətlə, itirə bilərdi. Çox zəngin təcrübəli peşəkarın hakimiyyətə qayıtması müharibəni dayandırmağa, Qərbin və Şərqin demokratik ölkələri ilə sabit münasibətlər qurmağa kömək etdi.

Peşəkar siyasətçi zamanın tələblərinə müvafiq reaksiya verməyə və yeni problemlərin meydana gəlməməsi üçün mövcud problemlərin optimal həlli yollarını tapmağa qadir olan yaradıcı şəxsiyyətdir. Heydər Əlirza oğlu düz iki prezidentlik müddəti ərzində hakimiyyətdə oldu. Nə bir gün artıq, nə də bir gün çox: görünür, tale və tarix belə buyurubmuş. İslahatları davam etdirməli olan gənc nəsil bütün bu müddət ərzində onun yanında tərbiyə aldı, təcrübə topladı. Müxalifət onlarla birlikdə respublikada açıq siyasi fəaliyyət və təbliğat fəaliyyəti apardı. İqtidar onun azadlığına qəsd-qərəz etmədi və onu əzmədi. Bir hissəsi iqtidara qarşı çıxmasa da, amma, əslində, müxalifət ölkənin dövlətçiliyini dağıdırdı. Təəssüf ki, müxalifətin bu “milli xüsusiyyətləri” keçmiş Sovet İttifaqının bir çox ölkələrində müşahidə edilir.

Bu il oktyabrın 15-də gecədən keçmiş mən Azərbaycanda prezident seçkilərində səsverməyə dair ilk rəqəmləri eşitdim və rahat nəfəs aldım. Azərbaycan çox məsul bir həddi – hakimiyyətin dəyişməsi həddini dəf etdi. Bu işə digər namizədlərə nisbətən daha hazırlıqlı olan lider – İlham Əliyev seçildi. İndi o, atasının zamanın sınağından çıxmış və özünü doğrultmuş siyasətini davam etdirəcəkdir.

Ölkənin indiki “müharibə və sülh” dövründə başqa bir yolu yoxdur. Hakimiyyət uğrunda mübarizə şəraiti siyasi vəziyyətin sabitliyini poza bilərdi. Hamı başa düşür ki, bu, nə ilə qurtara bilərdi. Ona görə də seçicilərin 76 faizi sarsıntılarsız sabit inkişafa səs verdi. Bunun nə demək olduğunu bizə Gürcüstandakı son hadisələr nümayiş etdirdi. Unutmaq olmaz ki, bura Qafqazdır. Qafqazda isə zaman-zaman hətta dağlar da od-alov püskürür.

Bu seçkilərin nəticələrini heç də təkcə Azərbaycanda gözləmirdilər. Daha bir cəhəti də qeyd etmək olar: qonşu ölkələrdə, xüsusən də siyasi elitaların dəyişməsinin labüd, təkamül prosesinin getdiyi Mərkəzi Asiya respublikalarında iqtidarın və müxalifətin əhval-ruhiyyəsi müəyyən dərəcədə bu seçkilərdən asılı idi.

Ehtimal ki, bəzi rəhbərlər “Azərbaycanın nümunəsi”nə müəyyən problemin həllinin optimal üsulu kimi baxırlar. Amma bu “nümunə” çətin ki, standart olsun, çünki o, zahirən “sülalə variantı”na oxşar olsa da, şəxsiyyətin keyfiyyətlərindən və tarixi vəziyyətin xüsusiyyətlərindən irəli gəlmişdir. Elə keyfiyyət və xüsusiyyətlərdən ki, bu “nümunəyə” onlar fərdi, təkraredilməz çalarlar verir.

Mən Bakıya, yeni Prezidentin andiçmə mərasiminə “Böyük Rusiya – Avrasiya ittifaqı” blokunun qurultayına dəvət olunduğum Moskvadan gəlmişdim. Qurultayda çıxışımda Qazaxıstan vətəndaşının başqa bir dövlətin daxili siyasətinə qatılmasının səbəbini izah etdim. Məsələ burasındadır ki, Rusiya, Qazaxıstan və bəzi digər ölkələr gələcək Avrasiya ittifaqının bünövrəsini qoyurlar. Siyasi partiyaların vəzifəsi xalqların, siniflərin, dinlərin hamılıqla qarşılıqlı asılılığını anlamaqda insanlara kömək etməkdir.

Bu dünya ideologiyası Rusiyaya və hər bir çoxmillətli dövlətə federasiyanın müasir modelini işləyib hazırlamağa kömək edəcəkdir. Elə bir federasiya ki, sovet modeli ilə müqayisədə o, suverenliyin yüksək, separatçılıq və parçalanma tə hlükəsindən xilas olmağa imkan verən, amma yoxlanılmış səviyyədə olmasını nəzərdə tutur. Müasir avrasiyalıq təbii olaraq Rusiyanın əsas milli ideyasına çevrilir. Müasir arvasiyalıq, ilk növbədə, dərk edilmiş qarşılıqlı asılılıqdır.

Mən qurultaya Parisdən gəlmişdim. Orada üç həftə ərzində YUNESKO-nun baş konfransı keçirilirdi. Gündəliyə bir çox digər məsələlərlə yanaşı, 2006-cı ilin Planetar düşüncə ili elan olunması barədə Qazaxıstanın təklifi də daxil edilmişdi. 185 nümayəndə heyətinin hamısı bu təklifə səs verdi. Diskussiyada çıxış edənlər deyirdilər ki, bu təklif XXI əsrdə inkişafın əsas istiqamətinə - beynəlxalq qarşıdurmadan dialoqa keçilməsinə uyğundur və ümumbəşəri, planetar düşüncə də məhz bu dialoqun gedişində yaranır. Neru iyirminci əsri millətçilik əsri adlandırmışdı. Doğrudan da, o, milli azadlıq hərəkatları, müstəmləkəçi imperiyaların süqutu əsri idi.

Lakin biz yəqin etdik ki, milli ideyalar asanlıqla millətçilik ideyalarına çevrilir. Bu çevrilmələr isə çoxmillətli dövlətlərin qan içində dağılmasına, hətta təkmillətli dövlətlərin süquta uğramasına gətirib çıxarmışdır. Xalqlar, tayfalar, qəbilələr dağılma reaksiyasına cəlb edilirlər... Parçalanma enerjisi bəşəriyyətə od vura bilər.

Biz onu da başa düşməliyik ki, ümumbəşəri dəyərlərin öncüllüyünə əsaslanan planetar düşüncə qlobal miqyasda yayılmadan qloballaşma özünün humanist təməlindən məhrum olur.

Mən Azərbaycanın yeni Prezidentinin andiçmə mərasimindəki nitqini diqqətlə dinlədim. Onun məzmunu Paris və Moskva forumlarının kontekstinə uyğun gəlirdi. Mən İlham Əliyevin çıxışlarını əvvəllər də eşitmişdim. Onu və Azərbaycanın digər gənc siyasətçilərini bir neçə il müşahidə etmişəm. Axı, “Hakimiyyətə kim gələcək?” sualı dünən meydana çıxmamışdı. Hakimiyyətə kimlər – məhdud dünyagörüşlü adamlar, yoxsa planetar düşüncəli şəxsiyyətlər gələcəklər? İnkişafın sürəti bu sualın cavabından asılıdır. Sürət bir yana qalsın, xalqın taleyi ondan asılıdır!

Hər bir ölkədə planetar düşüncəyə malik şəxsiyyətlər var. Onlar bəşəriyyətin say-seçmələridir. Əgər onları dövlətləri idarə etməyə çağırsalar, öz hakimlərinin hikkələri və səhvlərinin hissələrə parçaladığı dünya həmfikirliyə, ümumi problemlərin hamılıqla başa düşülməsinə daha tez gəlib çıxar və humanist qərarlar tapar.

Belə adamlar rəhbərliyə hələlik az-az gəlirlər, gələndə də əsasən təsadüfən, xüsusi hallar sayəsində gəlirlər. Seçki komissiyalarının planetar düşüncənin olub-olmadığını üzə çıxarmaq üçün testləri yoxdur. Lakin insanlar ölkəni coğrafi-siyasi düyünə salmayacaq, onun inkişafını dünya kontekstində görən şəxsləri tanımağa başlayırlar.

Hər hansı bir millət bəşəriyyətin canlı bədənində orqandır, zahirən və funksiyalarına görə başqa orqanlara oxşamır. Böyrəkdə də, qaraciyərdə də müstəqilliyin bütün əlamətləri var. Lakin indi məktəbli də bilir ki, bütün orqanlar bir-birindən qarşılıqlı asılılıq şəraitində yaşayırlar. Siyasətçilər anlamağa başlayırlar ki, dövlət müstəqilliyi poetik əfsanədir, qarşılıqlı asılılıq reallıqdır və bu reallığı tanımaq və dövlətdaxili münasibətlərdə də, planetdəki qonşularla münasibətlərdə də nəzərə almaq lazımdır. Hətta müharibə etmiş olduğun ölkələrlə münasibətlərdə də. Planetar düşüncə milli düşüncəni aradan qaldırmır, amma onu təshih edərək, ümumbəşəri düşüncəyə yaxınlaşdırır.

Şadam ki, son 5-7 ildə Azərbaycana yenidən həyatın təbii sevinci, geniş xeyirxahlıq və qarşılıqlı mehribanlıq qayıdır. Ona görə də, Qazaxıstan vətəndaşı olaraq mən İlham Əliyevə - planetar düşüncəli insana, öz köklərindən və həyatın real axarından ayrı düşməyən, dünyaya açıq olan, qınına qapılmayan siyasətçiyə fikrən və qəlbən səs verdim.

Oljas SÜLEYMENOV ictimai xadim, tanınmış şair və yazıçıdır. “Nurlu gecələr” şerlər toplusunun, “Torpaq, insana təzim et!”, “Gil kitab” poemalarının və digər əsərlərin, habelə “Az i Ya” adlı məşhur tarixi-filoloji essenin müəllifidir. Rus dilində yazır. 1936-cı ildə doğulmuşdur.

Tahir SALAHOV:

BÖYÜKLÜK İDDİASINDA DEYİLƏM

Tahir Salahov zamanın axarında özünü itirməmiş sənətkardır. Uzun illər boyu SSRİ Rəssamlar İttifaqına rəhbərlik etdiyinə görə onu “sovet dövrünün rəssamları” sırasına, yəni, əzizlənənlər cərgəsinə aid etmişdilər. O isə öz yaradıcılığı ilə bədxahlarının fikirlərini təkzib edir. Yaradıcılığının həm əvvəlki, həm də sonrakı dövrünə aid əsərləri onun haqqında müasirlərinin mülahizələrindən daha çox şey deyir.

Noyabrın 29-da sənətkarın 75 yaşı tamam olur. O, əslən Azərbaycandandır. Lakin, sözün böyük mənasında həm də rusiyalıdır. Sənətkar Rusiyaya olan məhəbbətini öz əsərlərində əks etdirmişdir. Onun əsərlərində elə Simalar vardır ki, əsrlər boyu onlara sevə-sevə tamaşa edəcəklər.

- Sizə həsəd aparırlar. Dmitri Şostakoviçin portreti, sən demə, başqa cür təsir bağışlamışdı. İndi sizə çox sağ ol deyirlər...

- Mən heç vaxt şan-şöhrətə can atmamışam. Mənim əsərlərim təxəyyülün və emosiyaların məhsulu deyildir. Bu əsərlərdə, bəlkə də, həyatın özü cəmləşmişdir – orada ağrı-acı da, əzab-əziyyət də vardır. Bunlarda həyatın özünün gücü, mənim yaddaşım var. Elə şeylər var ki, onları izah etmək mümkün deyildir. Bu əsərlərdə, lap istəsəniz insanların taleyi vasitəsilə dünyaya baxış da vardır. Bilmirəm, yaradıcılıq ağrı və əzab-əziyyətdir.

- Niyə belə tale seçdiniz?

- O, məndən soruşmadı. Həyatda qəribə çox şeylər vardır, lakin təsadüfi heç nə yoxdur. Biz unuduruq ki, bizim bütün mövcudluğumuz tapmacadır. Qorxulusu odur ki, insan həmişə Allahı inkar etmək istəyir. Əbəs işdir.

-Niyə əsərləriniz bu qədər azdır? Sizə imkan vermirdilər? Yoxsa özünüz istəmirdiniz?

- Mənim imkanlarımla və mənə olan dəstəklə yaxşı rəssamlıq sexi yaratmaq olardı. Bir azərbaycanlı olaraq, indi deyildiyi kimi, çox iş görə bilərdim. Allaha şükür ki, bu həyatda bir çox şeydən nəfsimi saxlaya bildim.

-Sizi saxlayan nə idi?

- Vicdanım. Yaddaşım. Ailəmin ləyaqəti. Atam 1938-ci ildə güllələnmişdir. Onu aparanda mənim 9 yaşım var idi. Mən bu ağrı ilə indi də yaşayıram və bu ağrı ilə də dünyadan gedəcəyəm.

-Siz “sovet ruhunda” əsərlər yaratmısınız – məsələn, neftçilər haqqında. İndi bu əsərlər başqa məna kəsb edir. Siz bu mövzuda qəhrəmanlar axtarışını davam etdirəcəksinizmi? Maraqlı naturalar varmı?

- Əgər mən neftçilər haqqında əsər yaratmışamsa, bu, mənim siyasi əqidəmdən xəbər vermir. Mən Sov.İKP MK-nın təbliğat şöbəsində işləməmişəm. Bu, birincisi. İkincisi, mənim əsərlərim partiya xarakteri daşımır. Zaman bunu sübut etdi. Mənim əsərlərimdəki insanlar və zamandır. Mənim qəhrəmanlarımın alnında partiya bileti əks olunmamışdır. Bu əsərlərdə xarakterlər verilmişdir.

-Müasir neftçilər sizin üçün maraqlıdırmı?

-Əlbəttə, onlar başqa cürdür. Lakin xarakterik xüsusiyyətləri qalmışdır. İnsan itib-batmamışdır. Başqa məsələ ki, bizim hamımız insanı itirmişik. İnsan gizlənmişdir. Lakin o, bu yeni texnologiyalar və ixtiralar arasında itib-batmamışdır. Mən öz “neft silsiləmi” başa çatdırmaq istəyirəm. Bunun üzərində işləyirəm. Ümidvaram ki, həyatım indiki qarmaqarışıqlığında adamlar arasında insanı itirməməyi bacaracağam.

-Siz bir rəssam kimi hiss edirsiniz ki, insan cılızlaşır, “kiməsə” çevrilir?

- İnsan itməmişdir. Lakin o, getdikcə öz-özünə qapılır. Bu, qeyri-normaldır. İnsan özünü, öz təbiətini, xarakterini tam gücü ilə büruzə verməlidir. İnsanın öz aləminə qapılması və gizlənməsi dəhşətdir.

-Çıxış yolu nədədir?

-Həyatın gözəlliyini qaytarmaq lazımdır. Müharibə illərində, Mədəniyyət sarayında şəkil çəkməklə çörək pulu qazandığım vaxtlarda biz həyatın hər bir anına sevinirdik. Özümüzün həyat ab-havasını yaradırdıq. Bakıya artistlər gəlirdilər. Biz isə yolun lap ortasında özümüzü “bədii olanlarımızı” verərdik. Şəkil çəkərdik. Sevinc yaradardıq. Müasir “reklamomeykerləri” bununla müqayisə etmək olarmı. Onlar özlərinin “üzücü yaradıcılıq axtarışları ilə” insanları zinhara gətirmişlər.

-Siz Bakını sevirsinizmi?

-Bakı mənim taleyimdir. Yenə təkrar edirəm. Bu, Allahın bəxşişidir ki, oraya, Azərbaycana gedirəm. Orada özümü rahat hiss edirəm, çünki orada insanlar ünsiyyət mədəniyyətini itirməmişlər. İnsana münasibət qalmışdır. Bakı mənim üçün bütöv bir aləmdir. Mənim uşaqlığım və bir şəxsiyyət kimi yetişməyim deməkdir. Uşaqlıq dövrümün ətridir - neft və kerosin ətridir. Bunlar Bakının bütün havasına hopmuşdu. Təəssüf ki, fransız ətriyyatçıları vaxtilə “dövrün bu rayihəsini” xəbər tutmaq imkanını əldən vermişlər.

-Nəyə təəssüflənirsiniz?

-Eşitmədiyim və görmədiklərimə. Pyotr İlyiç Çaykovski “İlin fəsilləri” ni yazmışdır. Bu, onun təfsirində dövrün sədasıdır. Baharı və yayı hərə bir çür görür. Payızı da. Qışı da. Bilirsiniz, həyatın gözəlliyi anlardadır. Bəzən görürsən ki, ağcaqayının bir yarpağı elə uçur ki, ayaq saxlayırsan və gözlərindən yaş axır. Bizim bütün həyatımız hərəkətdir, uçuşdur. Yıxılırıq, yaxud qalxırıq – bu, başqa məsələdir.

-“Əsərlərinizin qəhrəmanlarını” hansı xüsusiyyətlərinə görə müəyyənləşdirisiniz?

-Çətin sualdır. Həyatda dəyərsiz insanlar olduqca çoxdur. Onların fakturası var, içləri isə bomboşdur. Onlarda həyat əlaməti yoxdur, üfürülmüş şarı xatırladırlar. Hava var, qəlb isə yoxdur.

-Hər halda, neftçilərə niyə belə diqqət yetirmisiniz?

-Orada həyat var idi. Həyatın özü var idi. Mən təəssüflənirəm ki, bəlkə də, onların xarakterini axıra qədər aça bilməmişəm. Özüm şahidi olmuşam: bu adamlar növbəyə gedirdilər, əllərində isə uşaqları, evləri, ailələri haqqında xatirə kimi həyat yoldaşlarının onlara hədiyyə etdikləri qızılgüllər olurdu. Bu, məni heyrətə gətirirdi: kobud neftçi əli və qızılgül. Bu, həqiqətdir. İnsanlar başqa cür idi. Orada həyata məhəbbət və ümid var idi.

-Bütün bunlar getdimi?

-Düşünmürəm. Lakin istəyirəm ki, qızılgüllər evlərə qayıtsın.

-Sizə xəyanət ediblərmi?

-Bilmirəm. Bir müdrik insan demişdir: sənə xəyanət edəndən daha çox bu xəbəri çatdıran qorxuludur.

-İnsanın xarakterində Sizin üçün maraqlı olan nədir?

-Gərginlik. Qəlbin hərəkəti.

-Hansı qadınlar xoşunuza gəlir?

-Ağıllı və sadə, özünü göstərməyən qadınlar.

-Sizin üçün Vətən nə deməkdir?

-Evim. Dostlarımın olduğu yer.

-Həyatın mənası nədədir?

-Özünü tapmaqda. Sənə əziz olanları tapmaqda. Ehtiyacı olanlara sevinc bəxş etməkdə.

Qayaz ALİMOV

ŞƏKİLALTI SÖZLƏR

Bu, kino deyildir. İki sənətkarın –Lino Venturanın və Tahir Salahovun qeyri-formal görüşü.

Qardaşlar. Sabir, Tahir, Mahir. Atalarını itirmiş uşaqlar...

Tahir Salahov. Bakı. Şirvanşahlar sarayı.

Tahir Salahov. Abşeron motivi.

Tahir Salahov. Bəstəkar Dmitri Şostakoviçin portreti.

Tahir Salahov. Abşeronun səhəri. Əmin-amanlıq və firavanlıq.

“İZVESTİYA”NIN MƏLUMATI

Tahir Salahov portretlər, mənzərələr, natürmortlar, çoxfiqurlu böyük lövhələr müəllifi, mahir kompozisiya qurucusudur. Rənglər və cizgiləri həssaslıqla duyan, yığcam və olduqca fərdi üslubu olan sənətkar. Obrazların gücü və səciyyəviliyi onun tablolarına freska rəngkarlığını xatırladan monumental xarakter verir. Onun bir çox əsərləri, o cümlədən: “Növbədən qayıdanlar”, “Təmirçilər”, “Aydan”, “Abşeron qadınları”, “Yeni dəniz. Krasnoyarsk SES”, “Robert Rauşenberqlə görüş” triptixi, bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun, Dmitri Şostakoviçin portretləri, aktyor Maksimilian Şellin, anasının, həyat yoldaşının, qızlarının, nəvələrinin silsilə portretləri və s. XX əsrin ikinci yarısının incəsənət tarixinə daxil olmuşdur. Salahov həm də istedadlı teatr rəssamı kimi tanınmışdır. Onun verdiyi səhnə quruluşları parlaq obrazlılığı, yüksək səhnə tərtibatı mədəniyyəti, dövrün ruhunu dəqiq yaratmaq bacarığı ilə fərqlənir. “Antoni və Kleopatra”, “Hamlet”, “Aydın”, “Koroğlu”, “Babək”, “Kabinet əhvalatı” kimi tamaşalara verilən dekorasiyaları buna misal göstərmək olar. Məşhur violonçel çalan Mstislav Rostropoviçin portreti (2000) peşəkarların, eləcə də geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olmuşdur. Onun tadlolarında zaman və rəssamın həyatı qavraması – böyük memarlıq və heykəltəraşlıq abidələri harmonik şəkildə əks olunmuşdur. Bu abidələrin hər birinin öz obrazı, dünya mədəniyyəti salnaməsinə daxil olan çoxəsrlik tarixi var. Görkəmli portretçi kimi rəssamın istedadı bu silsilədə də özünü göstərir. Burada da rəssam mədəniyyət abidələrinə fərdi baxışı ilə seçilir. Ustalıqla rakurs seçərək, abidə ilə şəhər, səma və su arasında qarşılıqlı əlaqənin xarakterini açır, əbədi olanla müasirliyi qarşı-qarşıya qoyur. “Roma. “Qreko” qəhvəxanası” (2002) tablosunda rəssam rus mədəniyyəti üçün əziz olan, N.V.Qoqolun, A.A.İvanovun, K.P.Brüllovun, P.D.Korinin və bir çox başqa rəssam və yazıçıların olduqları bir məkanı təsvir etmişdir.

Sosialist Əməyi Qəhrəmanı, SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı, SSRİ Dövlət mükafatı və iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı Tahir Salahov Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti və Azərbaycan Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvüdür. T.Salahov 20-dən çox akademiyanın və yaradıcılıq təşkilatının, o cümlədən, Fransa İncəsənət Akademiyasının, San-Fernando Kral İncəsənət Akademiyasının (İspaniya) üzvü seçilmiş, YUNESKO nəzdində Beynəlxalq Təsviri Sənət Assosiasiyasının (AYAP) fəxri üzvü, Avstriya, Almaniya (Reynland Pfalts) Rəssamlar İttifaqının fəxri üzvü, Montana ştatının (ABŞ) Mədəniyyət Fondunun fəxri üzvü seçilmişdir. Bir sözlə, o, Rəssamdır. Bu, hər şeyi deyir.

“İzvestiya” qəzeti,

27 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq