RƏSMİ XRONİKA
JAK ŞİRAKIN “HEYDƏR ƏLİYEV” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Fransa Respublikasının Prezidenti Jak Şirak “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
29 yanvar 2007-ci il