Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Jan-Fransua Mansel: İslam dini sülh və Prezident İlham Əliyevin qeyd etdiyi kimi həmrəylik dinidir VİDEO

Jan-Fransua Mansel: İslam dini sülh və Prezident İlham Əliyevin qeyd etdiyi kimi həmrəylik dinidir VİDEO

Paris, 15 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam həmrəyliyi ili” elan etməsi bizi çox sevindirir. İslam Fransada çox vacib məsələlərdən biridir. Ölkəmizdə İslam dininə mənsub olan milyonlarla həmvətənlimiz var. Müxtəlif dinlərin birgə sülh şəraitində yanaşı yaşaması baxımından Azərbaycan dünyaya örnək bir ölkədir. Dünyəvi ölkə olan Azərbaycanda hər kəs aid olduğu dinin inanclarını azad şəkildə icra etmək hüququna malikdir.

Bu sözləri Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel AZƏRTAC-a müsahibəsində bildirib.

Fransalı deputat qeyd edib ki, Fransa bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmalıdır. Ancaq etiraf etmək lazımdır ki, Fransada baş vermiş terror aktlarından sonra bu, heç də asan deyil. Çünki bəzi insanlar tələsik nəticələr çıxarır, terrorizmlə İslamı əlaqələndirir, səhvə yol verirlər. Halbuki, terrorizmin İslamla heç bir əlaqəsi yoxdur. Eləcə də bir çox həmvətənlimiz çox emosional və tələsik nəticə çıxararaq buna inanır. Biz Azərbaycanın təcrübəsindən çıxış edərək onlara yenidən öyrətməliyik ki, İslam dini sülh və Prezident İlham Əliyevin qeyd etdiyi kimi həmrəylik dinidir. Azərbaycandakı kimi İslam digər dinlərlə birgə bərabər yaşayır və yaşamalıdır.

J.F.Mansel ölkəmizdə dinindən, irqindən asılı olmayaraq insanlar arasında hökm sürən qarşılıqlı hörmətin şahidi olduğunu xatırladıb. Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə digər dinlərin nümayəndələri eyni hüquqa malikdirlər və birlikdə mehriban, tam dünyəvilik şəraitində yaşayırlar. Məhz buna görə Azərbaycanın dünyəvilik modeli digər ölkələrə ən yaxşı örnəkdir və onun təcrübəsini digər ölkələrdə də tətbiq etmək lazımdır. Mənim ölkəm də bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmalıdır.

İki ölkə arasındakı münasibətlərə toxunan Jan-Fransua Mansel may ayında Fransada prezident, sonra isə parlament seçkilərinin keçiriləcəyini qeyd edib. Azərbaycanın Dostları Assosiasiyası 2017-ci ilin iyul ayından hakimiyyətə gələcək bütün dostları ilə ölkələrimiz arasındakı mövcud münasibətləri daha da möhkəmləndirməyə və inkişaf etdirməyə çalışacaq. Qarşıdan gələn prezident və parlament seçkiləri müddətində Assosiasiya öz dostlarını Azərbaycanın xeyrinə səfərbər etməyə çalışacaq. Azərbaycanla maraqlanan insanlarla münasibətlər daha da genişləndiriləcək.

Yanvar ayının sonunda Fransa Milli Assambleyasında merlərin, deputatların, senatorların və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə “Dövlət xidmətinə asan yol” adlı kollokvium təşkil ediləcəyini bildirən Jan-Fransua Mansel bununla Azərbaycanda Prezident İlham Əliyevin fərmanı ilə vətəndaşlarla administrasiya arasındakı münasibətləri sadələşdirməyə, onların bir-birinə yaxınlaşmasına necə nail olunduğunu təqdim etmək istədiyini diqqətə çatdırıb. Bildirib ki, kollokviumun əsas iştirakçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov olacaq.

Jan-Fransua Mansel müsahibəsində ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, Fransadakı Azərbaycanın dostları Azərbaycan xalqı ilə həmişə həmrəydir. O deyib: “Biz daim Azərbaycan xalqı ilə birgə, həmrəy oldugumuzu bildiririk. Münaqişənin qurbanlarının ailələrinə səbir diləyir və onlarla həmrəy olduğumuzu bəyan edirik”.

O, Fransada Azərbaycanın dostlarının ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdiridiyini bildirib. Diqqətə çatdırıb ki, bu münaqişənin ən qanlı səhifəsi olan Xocalı hadisəsini, eləcə də yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını fransızlara çatdırmaq üçün il ərzində həyata keçiriləcək tədbirlər planlaşdırılıb.

Bildirilib ki, Fransadakı seçkilərdən sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonla bağlı məsələ yenidən gündəmə gətiriləcək. Çünki Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə davam edə bilməz. Öz doğma yurdlarından, evlərindən didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Jan-Fransua Mansel: İslam dini sülh və Prezident İlham Əliyevin qeyd etdiyi kimi həmrəylik dinidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib