Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

JARP layihəsi Azərbaycanın Asiya ilə Avropa arasında logistik və ticarət mərkəzinə çevrilməsinə töhfə verəcək

JARP layihəsi Azərbaycanın Asiya ilə Avropa arasında logistik və ticarət mərkəzinə çevrilməsinə töhfə verəcək

Tokio, 15 aprel, AZƏRTAC

Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşməsi və Asiya ilə Avropanı birləşdirən strateji rolu dünyanın bir sıra aparıcı ölkələrinin diqqət mərkəzindədir. Yaponiyadan Avropaya beynəlxalq yükdaşımaların səmərəliliyini artırmaq üçün Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən “Japan-Azerbaijan Railway Project” (JARP) layihəsi artıq müsbət nəticə verib. Belə ki, tarixdə ilk dəfə olaraq birbaşa dəmir yolu vasitəsilə Yaponiyadan yola çıxan ilk yük konteyneri Azərbaycanın Yeni Bakı Limanına (Ələt qəsəbəsi) uğurla çatıb.

AZƏRTAC xəbər verir ki, JARP layihəsinin iştirakçıları - Yaponiya hökuməti tərəfindən təyin edilmiş Takasa Vanaoyuki, Yaponiyanın Azərbaycandakı səfirliyi, Yaponiyanın aparıcı ixracatçı şirkəti “Hokuya Trading Co. Ltd.”, Yaponiyanın turizm və beynəlxalq ticarətə dəstəyini həyata keçirən “HIS Company Ltd.” şirkəti, Azərbaycan tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC (Port of Baku) və layihənin əsas təşəbbüskarı və icraçılarından biri olan “SAnattura İdxal-İxrac Ticarət MMC” Yaponiyadan Avropaya və əksinə beynəlxalq yükdaşımalarında ölkəmizin rolununun getdikcə aratacağına inandıqlarını bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin yeni İpək Yolu layihəsinə və onun tərkib hissəsi kimi çıxış edən Bakı-Tbilis-Qars dəmiryolu xəttinə verdiyi diqqətin nəticəsində JARP layihəsi də ölkəmzin Asiyadan Avropaya yükdaşımalarındakı rolunu önə çəkəcək və bu marşrut üzrə daşınan yüklərin sayəsində ölkəmizin logistik və ticarət mərkəzinə çevrilməsi prosesi daha da sürətlənəcək.

Qeyd edək ki, ilk sınaq nəqliyyat daşıması Yaponiyadan Çinə dəniz yolu ilə, Çinin dəniz limanından dəmiryolu vasitəsilə Qazaxstan ərazisinə, buradan dəmiryolu vasitəsilə Xəzər dənizindəki Kurık limanına və oradan dəniz vasitəsilə Yeni Bakı Limanına çatdırılıb. İlk nəql edilən yük Yaponiyanın orqanik maça çayları, udon və balıq unu olub.

JARP layihəsinin təşəbbüskarlarından biri və icraçısı, Azərbaycanın “SAnattura İdxal-İxrac Ticarət MMC”nin icraçı direktoru Ayaz Bayramovun AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə verdiyi məlumatına görə, yükün Yaponiyanın dəniz limanından Ələtdəki Yeni Bakı Limanına çatması 25 gün çəkib. Nəqliyyatın təşkilinin səmərəliliyi artırılacağı təqdirdə bu məddət 20-21 günə qədər endirilə bilər. Qeyd edək ki, hazırda fəaliyyət göstərən okean yolu ilə Yaponiya-Azərbaycan nəqliyyat daşımalarının müddəti təqribən 45-50 gün çəkir. Bu o deməkdir ki, JARP layihəsi bu müddəti 2 dəfə azaldacaq. Bu isə, ərzaq məsullarının daha sürətli idxalında və həmçinin də ixracında ən vacib amillərdən biri olacaq.

A. Bayramovun sözlərinə görə, JARP layihəsi Prezident İlham Əliyevin Azərbaycanın Asiya ilə Avropa arasında beybəlxalq nəqliyyat və logistika, idxal-ixrac əməliyyatları mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi kompleks işə mühüm dəstəkdir. Eyni zamanda, bunun səmərli olduğunu dünya birliyinin diqqətinə çatdırmaqdır. Bu layihə, həmçinin Bakı-Tbilis-Qars dəmiryolu xəttinin də vacibliyini və yükdaşıma qabiliyyətinin artmasında əhəmiyyətini yüksəldəcək. Bildirək ki, son illərdə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq nəqliyyat şəbəkələrinin inkişaf etdirilməsi ilə yanaşı, Azərbaycanı bölgə ölkələri ilə rəqəmsal mühitdə birləşdirən dayanıqlı telekommunikasiya infrastrukturu yaratması və özünün etibarlı peyk şəbəkələrini genişləndirilməsi də ölkəmizin regional mərkəzə çevrilməsi istiqamətində mövqeyini möhkəmləşdirib. JARP layihəsi də öz növbəsində, Asiya və Avropa arasında bu “körpü”nü daha da möhkəmləndirəcək.

A.Bayramov əlavə edib ki, çoxtərəfli əməkdaşlıq və bu layihənin təfsilatları üzərində 6 ay ərzində aparılan iş uğurlu nəticə verib. Konteynerin təyinat yerinə çatmasından sonra yapon tərəfi daşınan məhsulların gömrükdən keçirilməsi işini də monitorinq edərək, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən son illərdə aparılan institusional islahatlar nəticəsində gömrük prosedurlarının səmərəli olduğunun bir daha şahidi olub. Məhsulların çatdırlması və idxalı prosesində “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC”, “ASAN xidmət”, “Ərzaq Təhlükəsizliyi Agentliyi”, Azərbaycan Dövlət Gömrük Komitəsi və digər əlaqədar qurumların operativ işi də müşahidə edilib. Gömrükləmə prosedurları çox qısa müddətdə və operativ həyata keçirilib. Bu da yapon tərəfinin diqqətini çəkərək, onları JARP layihəsinin daha da intensivləşdirilməsinə həvəsləndirib. JARP layihəsinin nəticələrinə dair hazırlanacaq hesabat və təhlillər yaxın vaxtlarda Yaponiya hökumətinə təqdim ediləcək.

A.Bayrmovun bildirdiyinə görə, yapon tərəfi bu marşrutun işə düşməsi ilə gələcəkdə Azərbaycan üzərindən ildə 50 milyard dollarlıq ticarət axınının mümkünlüyünü də araşdırır. Qeyd edib ki, hazırda Yaponiyadan Avropa bazarlarına ixrac edilən məhsullar, əsasən, iki istiqamətdə - Rusiya və okean vasitəsilə daşınır. Birincinin qış dövründə nəqliyyat prosesində müxtəlif problemlər yaratması və müxtəlif bürokratik əngəllərlə qarşılanması, ikincinin isə daşınma müddətinin uzun olması bu ixracatın səmərəliliyinə təsir edir. Bu mənada, JARP marşrutunun Yaponiyadan Azərbaycana, Azərbaycanın qonşuluğunda yerləşən bölgə ölkələrinə, xüsusilə də Avropaya (Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyədən Avropaya) daşınmasında rolu mühümdür.

Avropa bazarlarına məhsulların çatdırılmasında səmərəli marşrut hesab edilən JARP layihəsinin ilkin mərhələsində İsveçrənin “iCsquared GmbH”, Hollandiyanın “SABRUG FOV” və “FIXIT Logistic FOV”, o cümlədən Türkiyə, Almaniya və İtaliyanın bir sıra şirkətləri bu təşəbbüsə maraq göstəriblər. Gələcəkdə JARP layihəsinin həyata keçirilməsi üçün Azərbaycan, Yaponiya, İsveçrə, Hollandiya, Almaniya, İtaliya və digər ölkələrin şirkətlərindən ibarət beynəlxalq konsorsiumun yaradılması məsələsi də hazırda tərəfdaşlar arasında müzakirə edilir. Bu layihənin işə salınması və dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq maliyyə təsisatlarının, o cümlədən ölkələrin də cəlb edilməsi nəzərdə tutulur. Layihənin beynəlxalq əhəmiyyətini dünya birliyinə çatdırmaq üçün isveçrəli tərəfdaşlar müxtəlif beynəlxalq platformalarda (ilkin olaraq Davos İsqisadi Forumu çərçivəsində və Avropa İttifaqının müxtəlif strukturlarında) müzakirələrin aparılması və dünya birliyinin bu təşəbbüsə diqqətinin artırılması üçün iş aparacaqlarını bildiriblər.

A.Bayramov, həmçinin deyib ki, ötən ilin dekabrında JARP layihəsinin Yaponiyadan olan nümayəndələri Ələtdəki Yeni Bakı Limanına baxış keçirib və Limanın rəhbərliyi ilə aparılan müzakirələr nəticəsində, gələcəkdə bu ərazidə konsolidasiya anbarları, logistik mərkəzlər, qablaşdırma və istehsal obyektlərinin açılmasının da mümkünlüyü müzakirə edilib. Konsolidasiya mərkəzlərinin yaradılması istiqamətində strateji hesabatın hazırlanması üçün Yaponiya və İsveçrədən mütəxəssislər cəlb ediləcək və müxtəlif ölkələrin oxşar konsolidasiya mərkəzlərinin təcrübəsi öyrənilməklə təkliflər hazırlanıb yaradılması planlaşdırılan JARP konsorsiumuna tədim ediləcək. Hazırda bu hesbatların və təhlillərin aparılması üçün maliyyə mənbələri axtarılır.

A.Bayramov, həmçinin əlavə edib ki, bu yaxınlarda Bakının mərkəzində açılmış “SANATTURA Organics Boutique” mağazası vasitəsilə istehlakçıları və turistləri sevindirən “SAnattura İdxal-İxrac Ticarət MMC” yaxın gələcəkdə Yaponiyanın ərzaq və qeyri-ərzaq məhsullarının satışını təşkil etmək üçün yapon tərəfdaşları ilə birlikdə “Yapon Məhsulları Evi”nin (“J`HOME”) fəaliyyətə başlaması üçün kompleks iş aparır. “J`HOME” Yaponiyadan idxal ediləcək orqanik və bio məhsulların nümayişini, bişirilməsi qaydalarını, saxlanılmasını və istehlakını Azərbaycan bazarında təlqin etməklə və marifləndirici rol oynamaqla yanaşı, həmçinin məhsulların istehlakçılara satışını həyata keçirməyi də qarşısına məqsəd qoyub. Ölkəmizə təmiz qida, orqanik və təbii ərzaq məhsullarının idxalı istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan islahatlara dəstək vermək, o cümlədən istehlakçılara bioqida məhsullarının təchiz edilməsi üçün “SAnattura MMC” hazırda Azərbaycana müxtəlif ölkələrdən orqanik və bio-ərzaq məshulları idxal edir, bu məhsulları pərakəndə satış obyeklərinə, mehmanxana və restoranlara çatdırır, ölkədə orqanik, bio, qlütensiz, GMO-suz qida məhsulları haqda maarifləndirmə işləri aparır və idxal etdiyi məhsulların mənşə ölkələrinin təcrübəsini yerli şirkətlərlə bölüşür. Xarici tərəfdaşlardan aldıqları təcrübəni şirkət Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi ilə bölüşməyi, ölkədə təmiz və sağlam qida sahəsində maarləndirmə işi aparan ictimai birliklərlə sıx əməkdaşlıq edərək “Orqanik Qida Günləri” təşkil etməyi planlaşdırır.

Digər tərəfdən bu marşrut işə düşəcəyi təqdirdə Azərbaycanın müxrəlif orqanik qida məshullarının Yaponiya bazarına ixracatını da təmin etmək mümkün olacaq. Belə ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Yaponiya bazarına ixracatı üçün ilkin danışıqlar faydalı olub və hazırda sənədləşmə işlərinə başlanılıb, eyni zamanda, ixracatın kommersiya tərəfləri Yaponiyalı idxalatçı-tərəfdaş şirkətlərlə müzakirə edilir. Hazırda şirkət yerli tərəfdaşları ilə birgə Azərbaycanın təmiz və orqanik kənd təsərrüfatı məhsullarının ixrac edilərək Yaponiyada açılması planlaşdırılan Azərbaycan restoranlarını “Made in Azerbaijan” məhsulları ilə səmərəli formada təchiz etmək üçün bu ölkədə həmin məhsulların idxal prosedurlarını öyrənir.

A.Bayramov vurğulayıb ki, şirkət idxalla yanaşı, ölkəmizin ərzaq məhsullarının Avropa və Asiya bazarlarına ixracı üzərində də iş aparır və bu istiqamətdə xarici tərəfdaşlarla ilkin danışıqları faydalı olub. Tezliklə Azərbaycan məhsulları beynəlxalq standartlara cavab verəcək qablaşdırmalarda, xüsusilə də orqanik qablaşdırmalarda Avropa, Amerika, Yaxın Şərq və Asiya bazarlarına da ixrac ediləcək, Avropanın aparıcı pərakəndə satış şəbəkələrində piştaxtalara çıxarılacaq.

JARP layihəsinin ölkəmizin Asiya ilə Avropa arasında logistik və ticarət mərkəzinə çevrilməsinə mühüm töhfə verəcəyini vurğulayan A.Bayramov, eyni zamanda, Azərbaycanda istehsal olunan və yetişdirilən ərzaq və əkib-becərilən orqanik məhsulların da uzaq xarici ölkələrə çıxarılmasında xüsusi rol oynayacağını bildirib.

 

Vüqar Ağayev 

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib