Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Jose Miguel Mateus: Avropa Oyunları Azərbaycan çimərlik futbolu üçün böyük təbliğat olacaq

Jose Miguel Mateus: Avropa Oyunları Azərbaycan çimərlik futbolu üçün böyük təbliğat olacaq Bakı, 3 noyabr, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Jose Miguel Mateus “affa.az” saytına müsahibə verib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Artıq bir neçə gündür Dubayda təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?

- Dubaya yeni mövsümün hazırlıqları üçün gəlmişik. İnterkontinental Kubokundan əvvəl bir neçə milli komanda ilə yoxlama oyunları keçirdik. Yüksək reytinqə malik Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmaları və BƏƏ-nin “Əl-Əhli” klubu ilə qarşılaşdıq. “Əl-Əhli” dünyada ən güclü klublardan biri hesab olunur. Dünyanın 3 ən yaxşı futbolçusu - portuqaliyalılar Macer, Benşot və Cordon məhz bu klubda çıxış edirlər. Təlim-məşq toplanışının da əsas məqsədi məhz daha çox oyun keçirmək istəyimizdir. Komandaya yeni futbolçular cəlb olunub. Yoldaşlıq oyunlarında onların nəyə qadir olduqlarını nəzərdən keçirdim.

- Futbolçuların hazırlıq səviyyəsi sizi qane edirmi?

- Son doqquz ayda bu futbolçularla birlikdə hazırlıq keçirik. Dünya və Avropa reytinqində yaxşı yerdə qərarlaşmışıq. Moskvada Avropa Liqasında uğurla çıxış edib Superfinala vəsiqə qazandıq. Superfinalda “B” divizionunda yer alan komandalarla mübarizədə ilk üç pillədə yer aldıq. Həmçinin çimərlik futbolu üzrə Avropa Kuboku - “Bakı-2014” turnirində iştirak etdik. Nəticə əldə edə bilməsək də, komandamız baxımlı oyun nümayiş etdirdi. Avropa Kubokunda “A” divizionunda yer alan komandalarla mübarizə aparırdıq. Seçmə mərhələdə isə 28 komanda arasında 13-cü yeri tutduq. Komandamızın üzvü Sabir Allahquliyev beş ən məhsuldar futbolçudan biri oldu. Komandanın orta səviyyəyə çatması üçün bir pillə qalıb. Daha çox inkişaf etmək, reytinqi yüksəltmək üçün geniş seçim imkanı olmalıdır.

- Gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Avropa Oyunlarının proqramına daxil olan idman növləri arasında çimərlik futbolu da var. Komanda bu məsul yarışa nə dərəcədə hazırdır?

- Bu, bizim üçün çox böyük məsuliyyətdir. Həmin yarışda “A” divizionunda yer alan yeddi ən güclü komanda ilə mübarizə aparacağıq. Bilirik ki, çox çətin mübarizə olacaq. Hazırda “B” divizionunda yer alan Azərbaycan yığma komandası özünün inkişaf mərhələsini keçir. Söz veririk ki, yaxşı mübarizə aparacağıq. Məqsədimiz azarkeşlərə yaxşı, keyfiyyətli oyun göstərməkdir. Bütün oyunlara qələbə əzmi ilə çıxacağıq.

- Hazırda ölkəmizdə çimərik futbolu üzrə çempionat keçirilmir. Bunun üçün hansı təklifləriniz var?

- Milli çempionatı səmərəli keçirmək üçün layihələrimiz var. Regionlarda və ali təhsil müəssisələri arasında çempionat təşkil etməyi düşünürük. Planda, həmçinin U-19 və U-21 liqalarını keçirmək də var. Məqsəd odur ki, çimərlik futbolunun daha çox təbliğatını aparaq, yeni futbolçular cəlb edək. Çimərlik futbolunun inkişafını davam etdirmək üçün yeni nəsil yetişməlidir. Avropa Oyunlarından sonra çimərlik futboluna olan marağın daha da artacağını düşünürəm. Çimərlik futbolunun kütləviliyi üçün məktəblərdə də müvafiq işlər aparmaq lazımdır. Ümid edirəm ki, gələn il baxımlı milli çempionat keçiriləcək.

- Milli komandanın gələcək planları nədən ibarətdir?

- Yeni mövsümün hazırlıq planı üzərində işləyirik. Fikrimiz var ki, beynəlxalq yarışlarda iştirak edək, yüksək səviyyəli komandalarla yoxlama oyunları keçirək. Belə oyunlar futbolçuların inkişafı üçün lazımdır.

- AFFA baş məşqçinin planlarına müvafiq qaydada kömək edə bilirmi?

- Bəli, AFFA və Çimərlik Futbolu Federasiyası milli komandanın inkişafı üçün daim bizə dəstək olub. Ötən mövsüm 14 təlim-məşq toplanışı keçirmişik. Təlim-məşq toplanışı təşkil etmək istədikdə müsbət yanaşıblar, bizə hər cür şərait yaradıblar.

Təbii ki, əsas məsələ, ölkə çempionatının təşkili üçün addımların atılmasıdır. Hazırda çimərlik futbolu üzrə səkkiz komanda var. Həmin komandaların hər birində 10-12 futbolçu olsa, bizim daha çox seçim imkanımız yaranar. Təəssüf ki, həmin komandalar müntəzəm məşq etmirlər. Bu sayı daha da artırmaq lazımdır. Artıq hər bir milli komanda bizimlə hesablaşır, hörmətlə yanaşır. Biz öz oyunumuzla bunu bacarmışıq. Bunun məntiqi nəticəsi kimi, bir çox ölkə bizi yoldaşlıq görüşü keçirmək üçün dəvət edir. Hazırda millinin heyətində 18 futbolçu var. Qələbə arzusu ilə yaşamalı, qalib gəlməyi daha çox istəməliyik.

- Azərbaycan futbolunun ən yaralı yerlərindən biri son dəqiqələrdə qol buraxmaqdır. Bunu çimərlik futboluna da aid etmək olar. Bu çatışmazlığı aradan qaldırmaq istiqamətində hansı işlər görülür?

- Bu, daha çox əvvəllər belə idi. Oyuna daha yaxşı başlayırdıq, ancaq sonradan sanki “oyundan qopurduq”. Bunun da əsas səbəbi arxayınlıq idi. Komandanı həm fiziki, həm də psixoloji cəhətdən start fitindən sonuncu dəqiqəyədək hazır vəziyyətə gətirmək lazımdır. Bu istiqamətdə məşqlərdə futbolçularla daim söhbət edirəm. Məşqlərdə olan nizam-intizam oyunlarda da əksini tapmalıdır. Biz doğru yoldayıq. Gələn il keçiriləcək Avropa Oyunlarında dünyanın yeddi ən güclü komandası iştirak edəcək. Heç bir rəqibdən çəkinmədən layiqli mübarizə aparacağıq. Güman edirəm ki, Azərbaycan xalqı Avropa Oyunlarından sonra çimərlik futbolunu daha çox sevəcək. Bu, Azərbaycan çimərlik futbolu üçün böyük bir təbliğat olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH