Kabildə güclü partlayış olub VİDEO
Bakı, 31 may, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub.
Agentliyin polisdəki mənbələrdən dəqiqləşdirdiyi məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtomobil partladılıb. Partlayış zamanı Sinxua agentliyinin Kabildəki bürosunun binasına da zərər dəyib.
Pajvak agentliyi partlayış nəticəsində onlarla insanın öldüyünü, yüzlərlə insanın yaralandığını bildirir. Assosiated Press agentliyi isə əfqan məmurlarına istinadla 50 nəfərin öldüyü və yaralandığı barədə məlumat yayıb.