Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadədən

Əziz Prezident İlham Əliyev,

Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı ən yüksək bilik, siyasi bacarıq və xalqın rifahı qayğısı ilə idarə etmisiniz və yenə də idarə edirsiniz. Dünyada çaxnaşmaların baş verdiyi birvaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca əhəmiyyətli uğurdur.

Sizə və ailənizə Yeni il təbriklərimi və ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Sizin Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün göstərdiyiniz təşəbbüsləri və gördüyünüz işləri olduqca yüksək qiymətləndirirəm. Sizin kimi bir rəhbəri olduğu üçün Azərbaycan çox şanslıdır.

Ən dərin hörmət, ehtiram və xoş arzularla,

Lütfi Zadə

Kaliforniya Universitetinin professoru,

Berkli Soft Computinq Mərkəzinin direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin