Kamerun Respublikasının Prezidenti Pol Biyadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.
Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.
Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Pol Biya
Kamerun Respublikasının Prezidenti