Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarının ifşa edilməsində böyük rol oynayır VİDEO

Bakı, 26 aprel, K.Əliyeva, P.İmanova, AZƏRTAC

Aprelin 26-da Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarımı ifşa edir” mövzusunda konfrans keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən MHA-nın sədri, professor Kamran İmanov bu günün qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabrında Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilib. Bu günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi təsadüfi deyil. DƏMT-in təsis edilməsi haqqında Konvensiya 1970-ci il aprelin 26-da qüvvəyə minib. Azərbaycan 1995-ci ildən DƏMT-in və əqli mülkiyyət sahəsində bir sıra beynəlxalq konvensiyaların üzvüdür.

Bu günü elan etməklə DƏMT milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır. Eyni zamanda, bu əlamətdar günlə bağlı keçirilən müxtəlif tədbir, görüş, “dəyirmi masa”, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini daha qabarıq göstərməkdir.

Bildirilib ki, bu il Beynəlxalq Əqli Mülkiyyət Günü “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi” devizi altında keçirilir. Bu isə bütün insanlara, o cümlədən Ermənistandan deportasiya olunmuş bir milyondan artıq azərbaycanlıya aiddir.

Konfransda professor K.İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni tarixçilərinin uydurmaları elmi faktlarla əsaslandırılıb.

MHA-nın sədri bildirib ki, bugünkü tədbir UNESCO-nun elan etdiyi 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə və DƏMT-in 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan silsilə tədbirlərdən biridir, 24 aprel isə qondarma “erməni genosidi günü”dür. Məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Ümidvaram ki, bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasını davam etdirən yığıncağa çevriləcək. Çünki erməniçilik “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi” ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir. Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” qazanmaqdır. Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin dünyagörüşünü müəyyənləşdirir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur. Şübhəsiz ki, sadalanan bu amillər müasir erməni identlikliyini formalaşdırır.

Multikultural ənənəyə uyğun olan pozitiv sxem çərçivəsində Azərbaycan xalqının identikliyi formalaşarkən, digərlərinə qarşı düşmən baxışı ilə yox, digər milli və etnik qruplarla münasibətlərdə kompromiss axtarışına, konsensusun tapılmasına yönəldilir. Nəticədə üç identiklik qrupu (etnik-“icma”, “ölkə”-milli vətəndaş və “dünya”-ümumbəşəri) üzrə insanların identiklik seçimi “ölkə”-milli vətəndaş və “dünya”-ümumbəşəri qruplara meyillidir və etnik-“icma” qrupu seçimi üstələyir.

Bunun əksinə olaraq, neqativ sxem əsasında qurulan identiklik digərlərin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, yadelli münasibət bəsləyir və digərlərinə aqressiv yanaşır, onu qəbul etmir, etnik təmizlənməyə üstünlük verir. Belə vəziyyətdə etnik (“icma”) seçim digər “ölkə” və “dünya” seçimini üstələyir.

UNESCO-nun 76 ölkədə identikliklə bağlı apardığı “World Values” sorğusundakı rəqəmlər əsasında bizim araşdırmalarımız göstərir ki, azərbaycanlıların multikultural, tolerant əlamətlərini təsdiqləyən çox aşağı səviyyədə olan “icma” (24 faiz) və çox yüksək olan “dünya” (21 faiz) identikləridir, mənzərəni tamamlayan yüksək “ölkə” identikliyidir (55 faiz). Bu isə o deməkdir ki, ölkə-milli vətəndaş identikliyi icma, lokal, etnik identikliyini qat-qat üstələyir.

O ki qaldı Ermənistana, onun “icma” - etnik identifikliyinin göstəricisi çox yüksək - 38 faizdir, “dünya” identifikliyi isə yalnız 11 faizdir.

Lakin erməniçilik mifomaniyası bununla bitmir. Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflər tərəfindən yazılan çoxlu sayda “əsərlər” riyakarlığa əsaslanmaqla tarixi saxtalaşmaya yol açır, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdırır. Uydurmalar isə qəbul edilmədiyi halda “çox əzabkeş” xalqın millətçiləri aqressiya və terrora əl atırlar. Təsadüfi deyildir ki, tanınmış tarixşünas-coğrafiyaçı Erik Fayqlın dediyi kimi, “...Erməni terrorizminin kökləri tarixə yanlış baxışdan irəli gəlir… Müasir erməni terroristlərin unikallığı ondadır ki, tarix (daha doğrusu tarixə öz baxışı) onlar üçün yeganə bəraətdir”.

Araşdırmalar göstərir ki, istər hay-erməni xalqının kollektiv yaddaşında, istərsə də institusional (akademik və tədris) nəşrlərdə tarix və etnik-coğrafi yaşayış arealı mifoloji köklərə əsaslanır və digər, xüsusilə qonşu xalqların hüquqlarına xələl gətirir. Çünki bu dahi etnoloq Lev Qumilyevin dediyi kimi, “tarixi-coğrafi saxtakarlıq və yalan mədəni və sosial mühitə təsir göstərən antisistemdir”, bəşəriyyətin inkişafına zidd olan amildir.

Tarixi saxtakarlığın üsullarına gəldikdə isə, iki imkan hay tarixşünaslığı tərəfindən məharətlə istifadə olunub.

Hay-erməni institusional (akademik və dərslik) tarixi ədəbiyyatına retrospektiv nəzər göstərir, erməni tarixi mifinin yaradılması dörd mərhələdən keçib və qısaca olaraq, “miqrantlardan avtoxtonlara doğru” düsturu ilə ifadə edilə bilər. Bu fikir tanınmış alim V.Şnirelmana məxsusdur və həmin mütəxəssisin dəqiqliklə qeyd etdiyi kimi, “Ermənistanda mif və siyasət bir-birinə sıx bağlanaraq, bu və ya digər formada “miqrantlıqdan avtoxtonluğa doğru” şüarına işləyir. Hay-erməni tarixşünaslığının keçdiyi mərhələlərin formalaşması daimi və müvəqqəti siyasi amillərlə bağlıdır.

K.İmanov vurğulayıb ki, nəticə etibarı ilə tarixi saxtalaşdırma mifi öncəki təsəvvürlərə əsasən, Kisik Asiyanın avtoxton, sonradan ilk arilərin vətəni olan Ermənistanı, özü də qafqazlı olmayan hay ermənilərin Balkandan miqrant olan və eyni zamanda, Anadolunun avtoxton xalqına çevrilməsinə, daha sonra Anadolunun və Cənubi Qafqazın avtoxton millətinə və nəhayət, Hind-Avropa xalqlarının beşiyinə, ilk xristian ölkəsinə və “Böyük Armeniya” ərazisinin mədəni irsinin sahibinə gətirib çıxarmaq məqsədinə qulluq edir. Bəzi müasir politoloqların, o cümlədən S.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyır, ermənilərin yaşadıqları yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Həqiqətən, xalqların, millətlərin tarixi adətən yaşadıqları ərazi ilə sıx bağlıdır. “Azərbaycan tarixi” və ya “Gürcüstan tarixi” yazıldıqda, təbii olaraq, yaşadığı areal ilə birgə müvafiq millətin tarixi də ehtiva edilir. Lakin hay-ermənilər yaşadıqları ərazini bir neçə anlayış, tərif vasitəsilə ifadə edirlər, bununla da hay-erməni tarixi-etnik ərazisi, faktiki olaraq, virtual anlayış qismində çıxış edir və bu ərazinin lokallaşdırılması siyasi konyukturaya əsasən, “lazım olan” və ya qonşularına ərazi iddialarına əsasən, “mümkün olan” yerdə məskunlaşdırılır.

Hay-ermənilərin yazdıqları tarix avtoxton xalqın tarixi olmur, bunu avtoxtonlar yazmırlar, alloxton, miqrant xalqın tarixidir, miqrantlar tərəfindən yazılmış tarixdir. Elə erməni alimlərin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qruplar təşkil edir və 35 tarixi “Armeniya”lar sayırlar. Bu qədər “Ermənistan” olduğu halda, hansı “Ermənistanın tarixi”ndən söhbət gedəcək? Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən, tarixindən söhbət açırlar.

Şübhəsiz, “Armeniya”ların çoxluğu və yazılan hay-erməni xalqının tarixləri siyasi aspektdən daim sönməz ərazi iddialarından xəbər verir. Bununla belə, erməni yazarları “Armeniya”ların çoxluğuna əsaslanaraq, Aralıq, Qara və Xəzər dənizləri arasındakı “Böyük Ermənistan” xülyasını yaşadırlar, bu mifologem ayrı-ayrı, parça-parça olan uydurma “Armeniya”ları yeni bir uydurma “kompleksinə” çevirməyə dəstək verərək, buraya Türkiyə, Gürcüstan və Azərbaycan torpaqlarını daxil etmiş olurlar. Bu, bir tərəfdən digər xalqların tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə, hay-erməni “qədimliyinin” qurulmasına işləyir, digər tərəfdən isə Ermənistanın bizə qarşı təcavüzünün köklərində dayanır.

Prezident İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşündəki nitqindən bu sözləri xatırlatmaq yerinə düşər: “...İndiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik…”.

K.İmanov vurğulayıb ki, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində haqq-ədalət öz yerini tutacaq, nəyin bahasına olursa-olsun, işğalçı dövlət tezliklə torpaqlarımızı boşaldacaq.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva artıq bir neçə ildir ölkəmizdə Dünya Kitab və Müəlliflik Hüququ Gününün, Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu və bununla əlaqədar MHA tərəfindən mühüm tədbirlərin keçirildiyini söyləyib. Kitabın insanların mənəvi aləminin zənginləşməsində böyük rol oynadığını deyən G.Əfəndiyeva onun hər bir xalqın tarixinin, milli kimliyinin, mədəniyyətinin öyrənilməsində mühüm vasitə olduğunu bildirib. Türk dünyasının, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin böyük zəngin irsə malik olduğunu qeyd edən Fondun rəhbəri bu irsin, adət-ənənələrin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumat verən G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun dövlətimizin başçısının təşəbbüsü və digər türkdilli dövlətlərin prezidentlərinin dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, baş qərargahı Bakıda yerləşən Fondun məqsədi türk dünyasının mədəni irsinə sahib çıxmaq, onu qoruyub-saxlamaq, dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda mənimsənilmə hallarının qarşısını almaqdır. O, milli-mənəvi dəyərlərin, mədəniyyətlərin özününküləşdirilməsinin və tarixi, mədəni abidələrin dağıdılaraq məhv olunmasının qəbuledilməz olduğunu deyib, bunların müxtəlif beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Bu istiqamətdə MHA tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirən G.Əfəndiyeva konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov erməni riyakarlığının və yalanlarının ifşa olunmasında konfransın əhəmiyyətini qeyd edib. Mənfur qonşularımızın ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq siyasətindən söz açan F.Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dövlətimizin hər zaman sülh mövqeyində olduğunu söyləyib. Qeyd edilib ki, bütün bunlara baxmayaraq hələ də torpaqlarımızın bir hissəsi işğal altındadır, bir milyondan çox soydaşımız doğma torpaqlarından didərgin düşüb, qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminə əməl olunmur.

F.Heydərov tarixboyu baş verən müharibələrin və hadisələrin əksəriyyətinin kökündə erməni amilinin, əsassız erməni uydurmalarının dayandığını diqqətə çatdırıb.

Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Qarabağın Azərbaycanın əbədi-əzəli torpaqları olduğunun dünyaya bəyan edildiyini söyləyən F.Heydərov bütün bunlara baxmayaraq ermənilərin hələ də öz məkrli, riyakar siyasətlərindən əl çəkmədiklərini bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu konfransın çox önəmli mövzuya həsr olunduğunu söyləyib, qədim mətnlərdəki tarixin öyrənilməsinin aktual və vacib məsələ olduğunu bildirib. O, erməni müəlliflərinin tarixi saxtalaşdırdıqlarını, bu sahədə onların əsərlərinin yalan və uydurma olduğunu deyib, bunları elmi, tarixi faktlarla diqqətə çatdırıb. İşğal olunmuş torpaqlarımzda mədəni irsimizin məhv edilməsindən, ermənilər tərəfindən özününküləşdirilməsindən danışan baş redaktor Azərbaycan həqiqətlərinin dünyaya çatdılımasında MHA-nın fəaliyyətini yüksək dəyərləndirib.

Konfransda MHA-nın eksperti Elşad Əlilinin “Qədim Mesopotomiyanın Akkad mətnlərində türk leksikası”, Bakı Dövlət Universitetinin (BDU) dosenti Atamoğlan Məmmədlinin “Kiçik etnosun böyük iddiaları” və BDU-nun dosenti Kərəm Məmmədovun “Antropologiya və hay harayı” mövzularında məruzələri dinlənilib.

Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarının ifşa edilməsində böyük rol oynayır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO