Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanada Hökumətinin administratoru Riçard Vaqnerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən səmimi arzularımı çatdırıram.

Xalqlarımız arasındakı əlaqələr Kanadada fəal azərbaycanlı icmasının töhfələri ilə daha da güclənir, ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaradır. Biz, həmçinin beynəlxalq əməkdaşlığımızı, mədəniyyət, təhsil və ticarət sahələrində əlaqələrimizi, qadınlara daha geniş hüquqlar verilməsi, həmçinin hamı üçün ədalətli gələcəyin qurulması işinə sadiqliyimizi qeyd edə bilərik.

Ötən il bir çox ciddi çağırışlar yaratdı. Kanada qarşıda daha yaxşı günlərin olacağına ümid edir və biz normal həyata qayıtmağa səbirsizliklə hazırlaşarkən bütün Azərbaycan xalqına sülh və rifah diləyirik.

Ölkənizin müstəqilliyini qeyd etdiyiniz bu əlamətdar gündə bütün Azərbaycan xalqının, eləcə də Kanada azərbaycanlılarının sevincinə qoşularaq Sizi bir daha təbrik edir, daha işıqlı gələcək arzulayırıq.

Səmimiyyətlə,

 

Riçard Vaqner

Kanada Hökumətinin administratoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin