SİYASƏT
KANADA ÖZ VƏTƏNDAŞLARINA SƏUDİYYƏ ƏRƏBİSTANINA GETMƏMƏYİ MƏSLƏHƏT GÖRÜR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Kanada Ər-Riyadda çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı ilə əlaqədar öz vətəndaşlarına Səudiyyə Ərəbistanına səfər etməməyi məsləhət görmüşdür.
Kanada xarici siyasət idarəsinin nümayəndəsi Andre Lemey bildirmişdir ki, noyabrın 9-da Səudiyyə Ərəbistanı paytaxtındakı yaşayış kompleksində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında yeddi Kanada vətəndaşı da olmuşdur. Yaralıların vəziyyəti haqqında müfəssəl məlumat yoxdur. Diplomat bunu da əlavə etmişdir ki, Kanadanın Ər-Riyaddakı səfirliyi öz işini dayandırmaq fikrində deyildir.