Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanadanın General-Qubernatoru Devid Constondan

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından və şəxsən öz adımdan ən xoş arzularımı çatdırmaq istərdim.

Dövlətlərimiz arasında qarşılıqlı əməkdaşlıq mühiti mövcuddur. Xalqlarımız arasındakı əlaqələrin daha da güclənməsinə, həmçinin ölkələrimizin davamlı inkişafı üçün əhəmiyyətli olan qarşılıqlı ticarət imkanlarının genişlənəcəyinə ümid edirəm.

Bu əlamətdar bayram münasibətilə Sizə və həmvətənlərinizə bir daha ən xoş arzularımı çatdırır, firavan gələcək arzu edirəm.

Dərin ehtiramla,

Devid Conston

Kanadanın General-Qubernatoru 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin