Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kanadanın General-Qubernatoru Devid Constondan

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına bütün kanadalılar adından ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Xalqlarımız qarşılıqlı əməkdaşlıq ruhunda birgə çalışmağa davam edirlər. Kanada ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyətindədir.

Neft-qaz, təhsil, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələri də daxil olmaqla müxtəlif sektorlarda ikitərəfli ticarət əlaqələrinin davamlı inkişafı üçün imkanları vurğulamaqdan məmnunam. Bu sahələrdə əməkdaşlıq xalqlarımızın davamlı qarşılıqlı tərəqqisini təmin edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə və vətəndaşlarınıza bir daha səmimi arzularımı çatdırır, Azərbaycan xalqının firavanlığı və rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin ehtiramla,

Devid Conston

Kanadanın General-Qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin