SİYASƏT
Kanadanın Toronto Universitetinin nümayəndə heyəti Azərbaycana səfər etmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı (DİDK) ilə Toronto Universitetinin nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Azərbaycan Diplomatik Akademiyasında, Lənkəran Dövlət Universitetində olmuşdur. Görüşlərdə Azərbaycanın regionda və dünyada rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizə xarici investisiyaların cəlb edilməsi, respublikamızın iqtisadi inkişafı, insan hüquqlarının müdafiəsinə dair bir sıra məsələlər müzakirə olunmuşdur.
Qonaqlar, həmçinin DİDK-nin sədri Nazim İbrahimov ilə, eləcə də Milli Məclisin insan hüquqları komitəsində və digər təşkilatlarda görüşlər keçirəcəklər.