İQTİSADİYYAT
Kapital Bank Avropa Biznes Assambleyasının yüksək mükafatı ilə təltif edilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). “Kapital Bank” Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyasının yüksək mükafatına layiq görülmüşdür. Azərbaycan bankı 2011-ci il üzrə “Ən yaxşı şirkət” nominasiyasında qalib gəlmiş, bankın İdarə Heyətinin sədri Elmar Məmmədov isə “İlin top meneceri” seçilmişdir.
Dekabrın 10-13-də Böyük Britaniyanın Oksford şəhərində təşkil edilmiş Oksford Liderlər Sammiti çərçivəsində mükafatın təqdimat mərasimi keçirilmişdir. Tədbirə Şərqi və Mərkəzi Avropa, Baltikyanı ölkələr, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkət rəhbərləri qatılmışdır.