İDMAN
Karate1 Premyer Liqa turnirində İrina Zaretska bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 15 fevral, AZƏRTAC
Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində Azərbaycan komandasının mübarizəsi davam edir.
AZƏRTAC xəbər verir iki, turnirin ikinci günündə qadın idmançılarımızdan İrina Zaretska (68 kq) bürünc medal uğrunda döyüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda fransalı Alize AJye ilə qarşılaşacaq.
Turnirin birinci günündə Rafael Ağayev (75 kq) uğurla çıxış edərək finala vəsiqə əldə edib. Həlledici qarşılaşmada onun rəqibi Luici Busa (İtaliya) olacaq. Rafiz Həsənov (67 kq) isə bürünc medal uğrunda görüşdə türkiyəli Burak Uyğur ilə üz-üzə gələcək.
Medal döyüşləri və mükafatlandırma mərasimi yarışların sonuncu günündə - fevralın 16-da olacaq.
Qeyd edək ki, yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]