İDMAN
KARATE ÜZRƏ 13-CÜ KLUBLARARASI RESPUBLİKA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Yarışlarda Bakı, Xaçmaz, Şəki, Neftçala, Salyan, Gəncə, Sumqayıt, Samux, Ağcabədi və digər rayonlardan 34 klub iştirak etmişdir.
İki yaş qrupu (16-17, 18-20) üzrə keçirilən çempionatda 120-dən çox idmançı mübarizə aparmışdır.
16-17 yaşlı oğlanların yarışında Ceyhun Mustafayev (55 kq), Sənan Əliyev (60 kq), Rafiz Həsənov (65 kq), Novruz Əliyev (70 kq), Salman Balayev (75 kq) və Orxan Heydərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Eyni nəticəni 18-20 yaşlı oğlan və qızlar arasında Rüstəm Mədətov (60 kq), Niyazi Əliyev (65 kq), Kənan Həsənquliyev (70 kq), Şahin Atamov (75 kq), Aydın Səfərov (80 kq), Sənan Orucov (80 kq-dan yuxarı), Aytac Əkbərova (60 kq) və Gülarə İsmayılova (60 kq-dan yuxarı) göstərmişlər.
Qeyd edək ki, fərqlənmiş idmançılar fevralda keçiriləcək Avropa birinciliyində Azərbaycanı təmsil edəcəklər.