KARDİOCƏRRAHLARIN FORUMU
“Texnoloji aləmdə humanizm” - Asiya kardiocərrahlarının Sinqapurda 3 gün davam etmiş 16-cı qurultayı bu deviz altında keçirilmişdir. AZƏRTAC xəbər verir ki, qurultayda dünyanın 50-dən çox ölkəsindən gəlmiş 900-ə yaxın alim və aparıcı mütəxəssis iştirak etmişdir. Forumda Azərbaycanı tibb elmləri doktoru Əli Bağırov təmsil edirdi.
70 mərtəbəli ultra-göydələndə yerləşən “Raffel” mərkəzində keçirilmiş forumda qloballaşmaqda olan cəmiyyətdə kardiocərrahiyyənin aktual aspektləri, müxtəlif ürək xəstəliklərinin cərrahi müdaxilə yolu ilə müalicəsi üsulları, bu sahədə yeni tədqiqatlar və başqa problemlər müzakirə edilmişdir.
Ümumdünya ürək-damar və döş cərrahları cəmiyyətinin regional nümayəndəsi, Avropa Kardio-torakal cərrahlar Assosiasiyasının üzvü doktor Ə.Bağırovun “Azərbaycan və kardiocərrahiyyənin inkişafı” mövzusunda məruzəsi auditoriya tərəfindən böyük maraqla qarşılanmışdır. Ə.Bağırov ölkəmizdə təbabətin bu sahəsinin təşəkkülünün və inkişafının əsas mərhələləri, bu prosesin aparıcı nümayəndələri, azərbaycanlı alimlərin və praktiki tibb işçilərinin uğurları, bu işin çətinlikləri və perspektivləri barədə məlumat vermişdir. Forumun gedişində həmyerlimiz əcnəbi həmkarları ilə bir sıra görüşlər keçirmiş, onların çoxu Azərbaycana səfər etmək niyyətində olduqlarını bildirmişlər.
Kardiocərrahların növbəti qurultayını gələn il Tayvanda keçirmək qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]