KEÇMİŞ DİPLOMAT ŞAXTA BABA OLMUŞDUR
M.Yılmazın malları ucuzluğuna və cəlbedici xarici görkəminə görə sürətlə alınır. Mustafa Yılmaz zibilliklərə atılmış və kilsələrə gətirilmiş lazımsız köhnə oyuncaqları toplamış, bu kolleksiyanı Amerikanın işlənmiş oyuncaq dükanlarının malları hesabına zənginləşdirmişdir. Oyuncaqlar “əsaslı təmirdən” sonra uşaqlar və onların valideynləri üçün cəlbedici görkəm alırdı. İlk baxışda heç nəyə yaramayan əşyalar sahibinə böyük mənfəət gətirmişdir.
Mustafa Yılmaz bu uğurunun formulunu əslən Kiçik Asiyadan olması ilə izah etmişdir. Axı, həmin region bu yaxınlarda Şaxta Babanın vətəni sayılmışdır.
Müasir Türkiyə tarixçiləri hesab edirlər ki, hamının sevimlisi sayılan Şaxta Babanın timsalı müasir Türkiyə ərazisində yaşamış real tarixi şəxsiyyət - Müqəddəs Nikolasdır. Şaxta Baba Fondunun başçısı Müəmmar Qarabulud bildirmişdir ki, Müqəddəs Nikolas III əsrdə Kiçik Asiyanın cənubundakı Patara adlı yerdə dünyaya gəlmişdir. Valideynlərini itirdikdən sonra keşiş olmuş Hikolas səyahətə çıxaraq, insanlara xeyirxahlıq bəxş etmiş, Milad bayramında uşaqlara hədiyyələr bağışlamışdır. Onun 351-ci il dekabrın 6-da məskunlaşdığı sonuncu yer Aralıq dənizi sahillərində yerləşən Antalya yaxınlığındakı Demre şəhərciyidir. Türkiyə tədqiqatçıları iddia edirlər ki, Şaxta Baba üçün ənənəvi ağ yaxalıqlı qırmızı kürkü qədim zamanlarda Kiçik Asiya sakinləri geyirdilər.
Tarixi həqiqətə əsaslanan bu hekayəti, şübhəsiz, Çilidəki türkiyəli Şaxta Baba Mustafa Yılmaz da yaxşı bilir. Ola bilsin, onun çilililərə danışdığı bu əfsanə çox mənfəətli biznes sahəsində bir növ tilsimə çevrilmişdir.