Keçmiş Formula 1 pilotu həbs edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Formula 1 üzrə keçmiş pilot Antonio Pitssonia ABŞ-ın Texas ştatında saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Formula Passion” portalı məlumat yayıb. Bildirilib ki, braziliyalı pilot bir nəfərə xəsarət yetirməkdə ittiham olunur. Hadisə Pitssonianın oğlunun iştirak etdiyi kartinq yarışı zamanı baş verib. İddialara görə, o, yarışdan sonra digər iştirakçının atası ilə mübahisə edib və bu, fiziki qarşıdurmaya çevrilib.
45 yaşlı Pitssonia saxlanıldıqdan sonra girov müqabilində azadlığa buraxılıb.
Qeyd edək ki, Antonio Pitssonia 2003–2005-ci illərdə Formula 1 yarışlarında “Uilliams” və “Yaquar” komandalarının heyətində çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [22:11]
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
- 10.11.2026 [21:58]
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
- 10.11.2026 [20:25]
Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib
- 10.11.2026 [18:57]
Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq
- 10.11.2026 [16:01]
Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO
- 10.11.2026 [00:00]
Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar
- 09.11.2026 [22:18]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:13]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib