Kəlbəcərə dolu yağıb
Kəlbəcər, 28 avqust, AZƏRTAC
Avqustun 28-də günorta radələrində Kəlbəcər rayonuna dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi rayon mərkəzi, İstisu qəsəbəsi və Alagöllər ərazisində müşahidə edilib. İntensiv yağışla müşahidə olunan dolunun diametri Kəlbəcər şəhərində 10–12 mm, digər ərazilərdə isə 15–20 mm olub.