CƏMİYYƏT
KƏND ƏHALİSİ TƏMİZ İÇMƏLİ SU İLƏ TƏMİN OLUNMUŞDUR
Yevlax rayonunun Yuxarı Salamabad kəndində “Hyundai” şirkətinin istehsalı olan ən müasir osmos (yunanca təkan, təzyiq) texnologiyalı sutəmizləyici qurğu istifadəyə verilmişdir.
Kəndin 1378 nəfər əhalisi 10 bulaq vasitəsilə gün ərzində 30 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkənin keyfiyyətli su imkanları məhdud olan 100 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Dünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulmuşdur.
Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin 111 min əhalisinin keyfiyyətli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir.