KƏND MƏKTƏBİNDƏ ƏLAVƏ SİNİF OTAQLARI TİKİLİR
Biləsuvar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Təhsil Nazirliyinin sifarişi ilə Kirovka kənd məktəbində əlavə sinif otaqları tikilir. Məktəbin 5 yeni sinif otağının növbəti dərs ili başlananadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.