SİYASƏT
KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri günüdür.
Öz peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri oktyabrın 31-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
Sonra aqrar sahə işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
######