REGİONLAR
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə yardım üzrə komissiyanın növbəti iclası keçirilmişdir
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının növbəti iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə keçirilən iclasda komissiyanın 6 satıcı təşkilat üzrə 8263 nəfər istehsalçıya 73429,51 hektara görə 50 faiz güzəştlə satılmış 14708,79 ton mineral gübrə üçün 3 milyon 343 min manat vəsaitin onların hesabına ödənilməsi haqqında qərar qəbul olunmuşdur. Müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim ediləcəkdir.