KƏNDDƏ YENİ EMAL MÜƏSSİSƏSİ
Qax rayonunun Süskənd kəndində müalicəvi mineral süfrə suyu istehsal edən yeni sex istifadəyə verilmişdir. Gündəlik istehsal gücü hələlik min şərti şüşə olan yeni emal müəssisəsində 11 nəfər daimi işlə təmin olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin Qax rayon şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Şahmar LTD” firmasının maliyyə vəsaiti ilə istifadəyə verilən yeni müəssisə əhalinin süfrə suları ilə təminatının yaxşılaşdırılmasına və məşğulluğun təmin edilməsinə kömək göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:11]
Maliyyə Nazirliyinin aparatına olan müraciət sayı açıqlanıb
- 13.11.2026 [16:10]
Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35 faiz artıb
- 13.11.2026 [15:21]