Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il Azərbaycanın Keniyada Səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin