DÜNYA
Kiçik biznesmen Cordinlər ailəsinə minlərlə funt-sterlinq qazandırır
Bakı, 26 noyabr (AZƏRTAC). Kiçik biznesmen Cordinlər ailəsinə minlərlə funt-sterlinq qazandırır. Cordin artıq iki ildir ki, “Marbles” kimi tanınan mərmər kürələrin satışı ilə məşğul olan şirkətə rəhbərlik edir.
Marbles uşaq oyunudur. Bu oyunun qaydalarına görə, cızılmış dairədəki rəqib kürələrindən mümkün qədər çoxunu vurub çıxarmaq gərəkdir. Harli Cordin məktəbdə sinif yoldaşları ilə kürə mübadiləsi edəndə sahibkar olacağını düşünmüşdür.
AZƏRTAC “The Guardian”a istinadən xəbər verir ki, özündən yaşca böyük məktəblilər onun kürələrini əlindən alandan sonra Harli anasından internetdəki dükanlardan ona kürə almasını xahiş etmişdir. Ana internetdəki dükanları xeyli “ələk-vələk” edəndən sonra oğlunun istədiyini yerinə yetirə bilmişdir. Beləliklə, Harli internetdə sayt yaradaraq marbles satmaq fikrinə düşmüşdür.
Harlinin anası, 51 yaşlı Tina Cordinin dediyinə görə, oğlu 6 yaşında olanda mərmər kürə satmağa başlamışdır.
İndi 8 yaşı olan Cordin şirkət sahibidir və ayda minlərlə funt-sterlinq qazanır.