İQTİSADİYYAT
Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün 15 milyon dollar kredit ayrılmışdır
Bakı, 28 iyun (AZƏRTAC). Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə 15 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, “AccessBank” cəlb etdiyi krediti kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldəcəkdir. Bu, bankın QDTİB-dən aldığı dördüncü kreditdir. Dördüncü kredit xəttinin açılması ilə “AccessBank” Qara Dəniz Ticarət və İnkişaf Bankından cəlb etdiyi kreditin ümumi məbləği 37 milyon ABŞ dollarına çatacaqdır.
Bank QDTİB ilə sonuncu dəfə ötən ilin iyununda 15 milyon ABŞ dolları məbləğində 3 il müddətinə kredit müqaviləsi bağlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]