CƏMİYYƏT
Kimlər və necə himayədar valideyn ola bilər?
![](/files/galleryphoto/2023/2/1200x630/1689590353760856008_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16895903536362057761_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16895903543369837440_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1689590354715626806_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16895903543353228307_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16895903542299819808_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16895903543699562715_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16895903545031911459_1200x630.jpg)
Bakı, 17 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları ilə ölkəmizdə tətbiqinə başlanan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafına xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.
Kimlər və necə himayədar valideyn ola bilər? Bunun üçün aşağı yaş həddi neçədir? Himayədar valideynlərin hansı hüquq və vəzifələri var? Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu necə müəyyən edilir? Neçə uşaq himayəyə götürmək olar? “Himayədar ailə” qayğı modelinin uşağı övladlığa götürmədən fərqi nədir? Bu və mövzu ilə bağlı digər məsələlərə dair məlumatlandırıcı posterlər təqdim edilir.