KİTABIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərsun Holdinq” şirkətlər qrupunun konfrans salonunda tibb elmləri doktoru, professor Maqsud Qasımovun “Azərbaycan mətbəxində pəhriz” kitabının təqdimatı keçirilmişdir. Kitabda 15-ə yaxın pəhriz xörəkləri növü, beynəlxalq standartlara cavab verən keyfiyyətli və ekoloji cəhətdən təmiz qida məhsulları, düzgün olmayan qidalanma nəticəsində yaranan xəstəliklərin müalicəsində təbii otlardan hazırlanmış çayların və yağların rolu barədə məlumat verilir.
Tanınmış alimlərin, həkimlərin, kulinarların və jurnalistlərin iştirak etdiyi tədbirdə pəhrizin insan sağlamlığına müsbət təsirindən, pəhriz qaydalarına düzgün əməl olunmasının vacibliyindən danışılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]