DÜNYA
Kiyev şəhərində və vilayətində komendant saatı azaldılır
Kiyev, 13 may, AZƏRTAC
Mayın 15-dən Kiyev şəhərində və vilayətində komendant saatı azaldılacaq. Bu tarixdən komendant saatı 23:00-dan başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində məlumat verib.
"Bazar günündən, mayın 15-dən komendant saatı bir saat gec başlayacaq və səhər saat 5:00-a qədər davam edəcək", - deyə Kliçko bildirib.
Onun sözlərinə görə, mayın 16-dan paytaxtda ictimai nəqliyyat daha uzun müddətə işləyəcək. Metro 06:00-dan 22:00-a kimi, yerüstü ictimai nəqliyyat isə 06:00-dan 22:30-a qədər işləyəcək.
Eyni zamanda, Kliçko komendant saatı qaydalarına riayət etməyə və hava hücumu siqnallarına məhəl qoymağa çağırıb, çünki Kiyevə raket hücumu təhlükəsi qalmaqdadır.
Qeyd edək ki, hazırda Kiyev şəhəri və vilayətində komendant saatı 22:00-05:00 radələrindədir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev