MƏDƏNİYYƏT
Kiyevdə Azərbaycan milli musiqisi təbliğ olunub
Kiyev, 10 iyun, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə keçirilən “O fest” festivalında Azərbaycan milli musiqisi təbliğ olunub.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasov və ukraynalı aktrisa, müğənni Natalya Kudryaşovanın birgə təşkil etdiyi konsertdə Azərbaycanın xalq, bəstəkar mahnıları səsləndirilib.
Konsertdə Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan musiqisinin təbliğində önəmindən danışan Q.Abbasov Ukraynanın digər bölgələrində də konsertlərin keçiriləcəyini vurğulayıb.
Ukrayna Milli Operattasının təşkilatçılığı ilə keçirilən festivalda birinci Müslüm Maqomayev müsabiqəsinin qalibi Mikita Burtsevin ifası konsertə əlavə rəng qatıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev