Kiyevdə karantin sərtləşdirilib
Kiyev, 1 iyul, AZƏRTAC
Ukrayna paytaxtının hakimiyyət orqanları Kiyevdə karantinin sərtləşdirilməsini qərara alıblar. Məhdudiyyətlər restoranların və kinoteatrların işinə, habelə kütləvi tədbirlər keçirilməsinə aiddir.
AZƏRTAC xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko bunu brifinqdə elan edib.
Onun sözlərinə görə, hökumətin qərarına əsasən Kiyev epidemiya əleyhinə tədbirləri sərtləşdirib: ictimai iaşə müəssisələrinin və əyləncə yerlərinin, o cümlədən kinoteatrların iş vaxtı saat 22.00-dək məhdudlaşdırılıb. Mədəni, əyləncə, idman və reklam xarakterli kütləvi tədbirlərin keçirilməsi vaxtı da saat 22.00-dək müəyyən edilib.
Kliçko deyib: “Məhdudiyyətlər zərurət üzündən tətbiq edilir və xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Şəhər də hökumətin bu qərarına əməl edəcək”.
Xatırladaq ki, son sutka ərzində Kiyevdə 101 koronavirusa yoluxma halı qeydə alınıb. Bu, bir gün əvvəlki göstərici ilə müqayisədə təqribən iki dəfə çoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]