SİYASƏT
Kiyevdə keçiriləcək IX beynəlxalq etnik festivalında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak edəcəklər
Kiyev, 15 iyun (AZƏRTAC). İyunun 22-23-də Kiyevin Peçora landşaft parkındakı Nəğmə düzü ərazisində “Arzular diyarı” IX beynəlxalq etnik festivalı keçiriləcəkdir.
Festivalda Ukraynanın Xalq Artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına “Azərbaycan” ansamblı, diasporumuzun digər peşəkar incəsənət xadimləri və özfəaliyyət dərnəkləri iştirak edəcəklər.
Festival çərçivəsində Avropa çempionatının azarkeşləri üçün fan-zona yaradılacaqdır ki, Donetskdən və Qdanskdan futbol oyunları burada canlı yayımlanacaqdır.
Bundan başqa, kiyevlilər və paytaxtın qonaqları Sənətçilər xiyabanında müxtəlif müəlliflərin əsərləri ilə tanış olacaqlar. Festivalın qonaqları və iştirakçıları, həmçinin Azərbaycanın və digər xalqların milli rəqslərini də öyrənə biləcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev